Cəmiyyət

Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqat kampaniyasına başlanılıb

12-07-2018 | 13:31        

  

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı təşviqat kampaniyasına başlanılıb. Layihəni özündə ehtiva edən stendlər Bakı Bulvarına yerləşdirilib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan və bu layihənin mahiyyətini izah edən stendlər 4 ay müddətində Bakı Bulvarında nümayiş olunacaq. Təşviqat kampaniyasında əsas nəqsəd əhalinin maarifləndiliməsidir.  Azərbaycan prosesə 2015-ci ildən qoşulub. Bu, BMT-nin 2016-2030-cu illər üçün təsdiqlənən və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf  Proqramıdır.  Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov dedi ki, insanlar  Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa cəlb edilməlidir. Hər bir Azərbaycan vətəndaşı Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini dərk etməli və üzərinə düşən vəzifələri həyata keçirməli,  dövlətin bu sahədə reallaşdırdığı  tədbirləri dəstəkləməyə hazır olmalıdır. Əli Əhmədov onu da qeyd etdi ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi və IDEA Ictimai Birliyinin hazırladığı ikitərəfli stendlər maarifləndirmə ilə yanaşı, bu məqsədlərə nail olmaq üçün hər kəsin görə biləcəyi işlərə dair məsləhətləri özündə əks etdirir.  BMT-nin  Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirdi ki, Bakı bulvarında əhali sıx olduğu üçün stendlərin məhz burda nümayiş etdirilməsi qərara alınıb. O, digər dövlətlərin də yaxın vaxtlarda öz milli proqramlarını BMT-yə təklif edəcəklərini xatırlatdı. Azərbaycan isə 2016-cı ildə BMT-nin Yüksək səviyyəli Siyasi Forumunda birinci Könüllü Milli Hesabatını təqdim edib. İkinci hesabatın isə 2019-cu ildə təqdim olunacağı nəzərdə tutulur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR