Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

12-07-2018 | 11:47        

  

Dərin iqtisadi böhran içində olanda  Ermənistanda ictima-siyasi vəziyyət də gərgin olaraq qalır. Polis Sej Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyanı həbs edib. O, adam öldürməkdə ittiham olunur. Bir qrup vətəndaş isə Eşmiədzində bütün ermənilərin Katolikosu II Qaragenin istefası tələbi ilə aksiya keçirir. Polisin müdaxiləsinə baxmayaraq etirazçılar geri addım atmırlar.

Sarkisyan ailəsinin törətdiyi əməllər, qətl və dövlət əmlakının mənimsənilməsi ilə bağlı xəbərlər Ermənistan mətbuatında günlərdir müzakirə olunur. Istintaq Komitəsi sabiq prezindentin qardaşı oğlu Ayk Sarkisyanı adam öldürməkdə təqsirli bilərək həbs edib. O, həm də qanunsuz silah gəzdirməkdə ittiham olunur. İyunun 25-də Ayk Sarkisyanın atası Aleksandr Sarkisyan da qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib. Sarkisyanın  digər qardaşı Levon Sarkisyan  isə əmlakına dair bəyannamə təqdim etməkdən boyun qaçırdığı üçün barəsində axtarış elan edilib.  Bundan başqa, analoji ittiham üzrə Levon Sarkisyanın qızı Ani Sarkisyan da axtarışa verilib. Məhkəmə artıq Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçib, Ani və onun qardaşı Narek barəsində isə ərazini tərk etməmək qərarı çıxarıb.   Qeyd edək ki, Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniya kimi ölkələrdə səfir postunda çalışıb. O, 2010-cu ildən xüsusi tapşırıqlar üzrə səfir kimi fəaliyyət göstərir. Statusuna uyğun olaraq təqdim etdiyi bəyannamələrdə əmlakı və gəlirləri barədə dəqiq məlumatlar əks etdirilməlidir. Bir qrup vətəndaş İstintaq komitəsindən bütün ermənilərin katolikosu II Qaragenin də məsuliyyətə cəlb olunmasını tələb edr. Ali dini liderə qarşı etirazlar Ermənistanda hökumət dəyişikliyindən sonra başlayıb. Aksiya iştirakçıları II Qaragenin əleyhinə “Yeni Ermənistan, yeni patriarx” hərəkatı yaradıblar. Polis, Prezident dəftərxanası qarşısında çadırlar quran etirazçıları ərazidən uzaqlaşdırmağa çalışıb. Buna baxmayaraq narazı kütlə geri addım atmaq niyyətində olmadığını bildirir.  Aksiya iştiraçılarının sözlərinə görə etirazları bir halda dayandıracaqlar. Bu da Katolikos istefa verdikdən sonra olacaq. Bundan sonra polis nümayişçiləri güc yolu ilə ərazidən uzaqlaşdırmağa çalışıb. Hərəkatin koordinatoru Karen Petrosyanın sözlərinə görə hüquq mühafizə orqanlarına dinc aksiyanı dağıtmaq əmrini Nikol Paşinyan veribsə o böyük səhv edib.  Baş nazir bununla onu seçən xalıqnın yox, fitnəkarın yanında olduğunu göstərir. Qeyd edilir ki, onlar II Qaragen kimi talançını  özlərinin dini lideri kimi görmək istəmirlər. O, xalqına və kilsəyə xəyanət edib. Eçmiədzindəki qədim məbədlərin əmlakını öz şəxsi mənafeyi üçün başqalarına hədiyyə edib. Ona görə də ermənilər belə bir şəxsin tutduğu vəzifəsindən dərhal azad olunmasını tələb edirlər. Ermənistanda son 3-4 ay ərzində baş verənləri ictimai-siyasi, humanitar və hərbi fəaliyyəti ilə tanınan rusiyalı yazıçı Zaxar Prilepin şərh edib. O, geosiyasi sualları cavablandırarkən işğalçı ölkədəki inqilaba toxunub. Sitat: “Baxın, Ermənistanda indi çevirilişdi, gəlin Ermənistanla bağlı qərar verək. Nə qərar verək? Ermənistan Rusiya ilə ticarət balansını aparan ölkələr sırasında 35-cidir, o bizə lazım deyil. Hərbi bazalara getmək olmur. Ermənilərin hamısı Rusiyada yaşayır, ümumiyyətlə ölkələrində onların az bir qismi yaşayır” Sitatın sonu... Göründüyü kimi işğalçı ölkə nüfuzunu tamamilə itirib. Ermənistanın 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyəti tam iflasa uğrayıb.  Ermənistanın müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyətin altında keçib. Ona görə də Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Erməni xalqının indiyə kimi qəhrəman saydıqları şəxslərin isə oğru olduğu üzə çıxıb. Hətta Ermənistanda generallar da  talançıdırlar.  Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir.