Siyasət

Gəncədə törədilən cinayət hadisəsindən bəzi qüvvələr Azərbaycanın əleyhinə istifadə etməyə cəhd göstərir

11-07-2018 | 14:15        

  

Gəncədə törədilən cinayət hadisəsindən  bəzi daxili və xarici qüvvələr Azərbaycanın əleyhinə istifadə etməyə cəhd göstərir və bu gün də həmin proses davam edir. İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi bir daha göstərdi ki, bir neçə gün əvvəl törədilən terror hadisəsi təsadüfi deyil və bəzilərinin təqdim etməyə çalışdığı kimi, məişət zəminində baş verməyib. Ancaq xalq - iqtidar yekdilliyi hər zaman olduğu kimi bu gün də onların düşmən qüvvələrin qara niyyətləri qarşısında sədd çəkir.

Müstəqilliyinin qısa tarixində Azərbaycan istinasız olaraq bütün sahələrdə böyük uğurlara imza atıb, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Ölkədə dayanıqlı sabitlik və təhlükəsizlik təmin edilib. Sabitlik isə inkişaf dialektiasında başlıca şərtdir. Elə bu səbəbdən də ölkədə güclü iqtisadi potensial yaradılıb, Azərbaycanın təşəbbüsü və  iştirakı ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişən  transmilli layihələr həyata keçirilib. Bu yaxınlarda isə Cənub Qaz Dəhlizinin Sənğəçal və TANAP hissəsinin təntənəli açılışı,möhtəşəm hərbi parad, 20 min nəfərlik şəxsi heyətlə keçirilən yüksək səviyyəli hərbi təlm və s. kimi önəmli hadisələr təbii ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır, müsbət reputasiyasını daha gücləndirir. Möhkəmlənən mütəqillik,qazanılan uğurlar, gündən-günə güclənən Azərbaycan isə şübhəsiz ki, həm daxildə, həm də xaricdə bəzi  antiazərbaycan qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Odur ki, həmin qüvvələr ekstremal vəziyyətlərdə fəallaşır, təxribatlar törətməklə Azərbaycanın müsbət reputasiyasına xələl gətirmək istəyirlər. İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzadan dərhal sonra Gəncə şəhərində terror törədilməsi də bu baxımdan təsadüfi deyildi. Xaricdəki antiazərbaycan mərkəzlər tərəfindən əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olan bu cinayətdən həmin qüvvələr öz çirkin məqsədləri üçün istifadə etmək istədilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  Elmar Vəliyevə qarşı törədilən terrordan məqsəd isə ajiotaj yaratmaqla ölkədə hökm sürən ictimai –siyasi sabitliyə zərbə vurmaqdır. İyulun 10-da saat  20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi də bunu sübut edir Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Və nəticədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular. Asayiş keşikçiləri Gəncədə sabitliyi pozmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıb. Onaların bəzilərinin şəxs dosyelərinə nəzər salanda bu radikalların yalnız cinayətkar ünsürlərdən ibarət olduğu aydın görünür. Əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır. Gəncədəki məlum hadisədən sonra facebook səhifəsində “qardaşlar, silahlanın, polis öldürməyin vaxtı çoxdan yetişib, silahlı birlik yarada bilsək, onda bizi zəfər gözləyir”, “yalnız və yalnız bir yumruq kimi birləşib polislərin dərsin vermək lazımdır, ölüb öldürməkdən qorxmaq lazım deyil” yazmış Mahir Bəyalıyev bu yazısından bir gün sonra keçmiş həyat yoldaşı Samirə Bəyalıyevanı Ağsuda kirayə yaşadığı evdə bıçaqla qətlə yetirib. Beləliklə, əhalini sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranların kimliyi aydın görünür. Lakin bütün cəhdlərə baxmayaraq hazırda şəhərdə sakitlik tam bərqərar olub və artıq normal günlərindən birinə davam edir. Lakin sosial şəbəkələrdə isə terror aktı törədənlərin təqdir edilməsi, din pərdəsi altında qatı cinayətkarın az qala “müqəddəs” elan olunması, habelə hakimiyyət orqanlarına, dövlətə qarşı çağırışlar səsləndirilməsi qanunların kobud şəkildə pozulmasıdır və hüquq mühafizə orqanları belə çağırış edənlərə qarşı ciddi tədbir görməlidir. Çünki kimlərinsə sifarişini yerinə yetirən, başqa sözlə, onların əlalatılarına çevrilən cinayətkarlara aman yoxdur. Çox təəssüflər ki, bəzi müxalif dairələr, əzarətlərində olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə Gəncə şəhərində baş vermiş hadisələrddən yararlanmağa çalışırlar. Dövlət və xalq mənafelərinə zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj yaratmaq, kütləvi narazılıq formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirdilər. Ancaq həm terror aktını törədənlər, həm də onun havadarları yanılırlar. Çünki qarşılarında tam yetkin Azərbaycan vətəndaşı, Azərbaycanın müstəqilliyi və dövlətçiliyini hər şeydən uca tutan güclü vətəndaş cəmiyyəti dayanır.