Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

11-07-2018 | 11:32        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictima-siyasi vəziyyət də gərgindir.  Vətəndaşlar bütün ermənilərin katolikosu II Qaragenin istefası tələbi ilə aksiya keçirirlər.  

Ermənistanda hökumət dəyişikliyindən sonra bütün ermənilərin katolikosunun istefa verməsi tələbi ilə keçirilən aksiyalar səngimir. Vətəndaşlar II Qaragenin əleyhinə “Yeni Ermənistan, yeni patriarx” hərəkatı yaradıblar. Prezident dəftərxanası qarşısında  çadırlar quran etiraz polisin müdaxiləsi ilə dağıdılıb. Aksiya iştiraçılarına məxsus  əşyalar ərazidən yığıdırılıb. Buna baxmayaraq, narazı kütlənin etirazları davam etdirəcəyi  bildirilir. Qeyd edilir ki, onlar II Qaragen kimi talançını  özlərinin dini lideri kimi görmək istəmirlər. O, hətta kilsəyə də xəyanət edib. II Qaragen Eçmiədzindəki kilsənin xəzinəsində saxlanılan  xristianlığın qədim atributlarını Sankt-Peterburq merinə iri torpaq sahələri müqabilində  hədiyyə verib.  Bu fakt təsadüf nəticəsində kilsə xadimləri tərəfindən aşkar olunub. İndi məlum olur ki, bütün ermənilərin Katolikosu hökumətə 10 il əvvəl  təkcə dinc mitinqin zor gücünə dağıdılmasında xeyir-dua verməyib. O, həm də vəzifəsindən sui istifdə edərək varidatını artırıb, özünə  mülklər, iri torpaq sahələri alıb. Ona görə də ermənilər belə bir şəxsin tutduğu vəzifəsindən dərhal azad olunmasını tələb edirlər. Helsinki Komitəsinin Ermənistan üzrə rəhbəri Avetik İşxanyan deyir ki, hələ çox belə faktlar üzə çıxacaq. Onun “verelq” saytına verdiyi müsahibəsində qeyd olunur ki,  Qaragen kimilər ölkədə illərdir qanunsuzluqla məşğul olublar, heç kim isə onlara toxunmayıb. İşxanyanın sözlərinə görə hər şey 90-cı illərdən başlayıb. Həmin vaxt hökumət ölkəni gücləndirmək yerinə, hakimiyyətdə möhkəmlənmək uğrunda mübarizə aparırdı. O zamandan başlayaraq küçələrdə insanları döyür, qarət edirlər. Hər kəs bu hallara uzun illərdir göz yumur. Qarşılığında isə onlara susmaları üçün biznes və əmlak veriblər. Bu hal-hazırki günədək davam edir. İşxanyan Manvel Qriqoryanın qalmaqallı həbsinə də münasibət bildirir. Qeyd edir ki, dırnaqrası milli qəhrəman hələ Gorusda yaşadığı zaman hər cür pis işlə məşğul olub.  Zorakılıqla gənc qızlar küçələrdən oğurlanaraq Qrioryanın evinə aparılırmış. Yaxınları generalın evinə hücum edəndə qəddarcasına döyülürdülər - deyə İşxanyan bildirir.  Helsinki Komitəsinin Ermənistan üzrə rəhbəri deyir ki, Manvel Qrioqryan nə zaman velosipeddə gəzmək istəyirdi, Eçmiədzində bütün yolları bağlayırdılar. Belə misallar çoxdur. Bunda insanları günahlandırmaq olmaz. Polisə şikayət edən hər kəsi ağır işgəncə gözləyirdi. Bir sözlə, ölkədə hərbi-feodal mühit hökm sürüb. Yeni hökumət də bu cür işləsə ölkə tamamilə məhv olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR