Cəmiyyət

AMEA-da “Məzun günü” keçirilib

11-07-2018 | 08:19        

  

Azərbaycan Milli Elmlər Akademiyasının magistrlərinin “Məzun günü” keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasında magistratura pilləsi 2015-ci ildə yaradılıb. Builki məzunlar akademiyanın ikinci magistr məzunlarıdır. Magistrantlar isə akademiyada yaradılan imkanlardan səmərəli istifadə edirlər. Onların dissertasiya tədqiqatlarının nəticələri yerli və xarici jurnallarda çap edilir. Bəzilərinin məqaləsi “web of science” platformasında  indeksləşən jurnallarda dərc olunub. Bir gənc alimin məqaləsi isə impakt faktoru 15,5 olan jurnalda nəşr edilib. Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirdi ki, magistratura pilləsini ötən il bitirən məzunların hər biri hazırda akademiyada elmi karyeralarını uğurla davam etdirir və doktoranturada təhsil alır. Akif Əlizadə qeyd etdi ki, akademiyanın bütün magistrantları işlə təmin olunur, həmçinin qrant layihələrinə cəlb edilirlər. Akademiyanın müxtəlif İnstitututlarının direktorları və magistrantların elmi rəhbərləri məzunlara elmi fəaliyyətlərində uğurlar arzuladılar. Məzunlar da ümidləri doğrultmağa çalışacaqlarını dedilər. Sonda məzunlara diplomlar təqdim olundu.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR