Siyasət

Bişkekdə Türkdilli Ölkələrin PA-nın daimi komissiyasının I iclası keçirilib

31-10-2011 | 11:07        

  

Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının iqtisadiyyat, ticarət və maliyyə məsələləri daimi komissiyasının birinci iclası keçirilib. Milli Məclis üzvlərinin də iştirak etdiyi iclasda TürkPA-ya üzv dövlətlərin iqtisadi əməkdaşlığının perspektivlərinə dair məruzə və təkliflər dinlənilib. Komissiyanın sədri, Qırğızıstan parlamentinin deputatı Kojobek Rıspayev bildirib ki, türkdilli dövlətlər iqtisadi sahədə əməkdaşlıqda maraqlıdırlar və üzv ölkələr arasında ticarət dövriyyəsi ilbəil artır. Qeyd edib ki, Qırğızıstanla  Azərbaycan arasında əmtəə mübadiləsinin həcmi 60,4 faiz artıb. İclasda üzv ölkələr arasında ticarət-iqtisadi və maliyyə sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri geniş müzakirə olunub, bu mövzuda beynəlxalq konfransın keçirilməsi təklif edilib.