Siyasət

Türkiyənin nüfuzlu “Todays Zaman” qəzetində “Azərbaycana ikiqat təşəkkür” sərlövhəli məqalə dərc olunub

31-10-2011 | 11:05        

  

 

Türkiyənin nüfuzlu “Todays Zaman” qəzetində “Azərbaycana ikiqat təşəkkür” sərlövhəli məqalə dərc olunub. Məqalədə bildirilib ki, Vandakı təbii fəlakətə Türkiyəyə yardım göndərən dövlətlər sırasında fəlakətə dərhal reaksiya verən Azərbaycan daha çox təşəkkürə layiqdir.

Türkiyənin ingilisdilli “Todays Zaman” qəzetində şərhçi Əbdülhəmid Bilici yazır ki, Van bölgəsində baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Azərbaycanın Türkiyə xalqı ilə birlikdə səfərbər olması birlik və qardaşlıq hissinin dərinliyini və sarsılmazlığını bir daha sübut etdi. Dünya ictimaiyyətinin Vandakı təbii fəlakətə dərhal reaksiya verdiyini vurğulayan Bilici xüsusi vurğulayır ki, Türkiyəyə yardım göndərən dövlətlər sırasında bizə qardaş olan Azərbaycan daha çox təşəkkürə layiqdir. İlk növbədə ona görə ki, Azərbaycan dərhal, hətta Türkiyənin ehtiyacı olub-olmadığını soruşmadan belə fəlakət bölgəsinə yardımlarını göndərdi. Müəllif qeyd edir ki, zəlzələ baş verəndən bir neçə saat sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xilasetmə avadanlığı və xüsusi təlim keçmiş itlərlə Van şəhərinə yola düşüb. Müəllif bildirir ki, Azərbaycan xilasediciləri gecə-gündüz dağıntılar altındakı insanları xilas edir, fəlakət qurbanlarının cəsədlərini çıxarırlar. Bundan başqa, zəlzələ nəticəsində yaralanan çoxlu sayda insan Bakıda müalicə olunur. Budur ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının mahiyyəti. Yazıda o da bildirilir ki, bu il Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Xüsusi qeyd etmək lazımdır ki, müstəqilliyinin ilk illərində Azərbaycanda xaos, özbaşınalıq hökm sürüb, ciddi iqtisadi problemlər yaranıb, ölkə işğala məruz qalıb. Məhz həmin dövrdə özünün yardıma ehtiyacı olan Azərbaycanın indi başqa dövlətlərə yardım göndərməsi bu ölkənin nə dərəcədə inkişaf etdiyini göstərir. Bu gün də ərazisinin 20 faizinin işğal altında olmasına, əhalisinin bir milyondan artığının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Təsadüfi deyildir ki, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda formalaşır. Məqalədə Əbdülhəmit Bilici konkret rəqəmlər əsasında son illər ölkəmizdə iqtisadiyyatın bütün sahələrində qazanılan uğurlardan geniş şəkildə söhbət açır.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR