Siyasət

Ermənistanda hakimiyyətin istefası hazırlanır

29-10-2011 | 14:41        

  

 Ermənistan prezidenti istefa verməlidir. Əks təqdirdə parlamentdə onun impiçment məsələsi qoyulacaq. Bu sözləri azadlıq meydanında mitinq zamanı Ermənistanın Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan səsləndirib.
 Levon Terpetrosyanın sözlərinə görə  son on ilin  təcrübəsi göstərir ki,  Ermənistanda  saxtakarlıq, rüşvətxorluq baş alıb gedir, inzibati resurslardan, aşkar zorakılıq və vəzifə səlahiyyətlərində sui istifadə edərək, ölkə vətəndaşlarına hədə-qorxu gəlinir. Levon Ter Petrosyan bildirib ki, Ermənistanın daxili siyasi mübarizə kampaniyasının həlledici mərhələsində gedən prosesləri hər kəs görür. Hər hansı bir dəyişiklik üçün hazır olmalıyıq. Yaxın gələcəkdə istefaya nail olmasaq, Konqres parlamentdə Serj Sarkisyanın impiçment məsələsini qaldıracaq. Seçki siyahıları ilə əlaqədar çıxış edən Ter-petrosyan onu da qeyd edib ki, mühacirətin artması ölkədə seçicilərin də sayını kəskin azaldıb. Ölkə xaos içindədir. İnsanların sabaha heç bir ümidi qalmayıb. Bunu başa düşməyən hakimiyyət isə tezliklə istefaya getməlidir. Serj Sarkisiyan bunu bacarmasa, biz onu buna məcbur edəcəyik. Müxalifət lideri Levon Ter- Petrosyan belə deyib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR