Bölgələr

“Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

06-07-2018 | 08:37        

  

Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə ölkəmizdəki dövlət-din modelinin dünya üçün nümunə olduğu bildirilib.

“Ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin siyasi prioritetlərindəndir”. Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəranda keçirdiyi regional konfransda səsləndi. Komitə sədri Mübariz Qurbanlı Azərbaycan Konstitusiyasında ölkəmizdə yaşayan hər bir vətəndaşın etiqad azadlığının təsbit edildiyi, dövlət-din münasibətlərinin mövcud qanunvericilik və beynəlxalq konvensiyalarla tənzimləndiyini bildirdi. Azərbaycanın islam mədəni irsinin yaranması və qorunmasında vacib məkanlardan biri kimi tanındığını vurğulayan Mübariz Qurbanlı dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığını qeyd etdi. Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsindəki siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsi olaraq ölkəmizdəki dövlət-din modelinin dünya üçün nümunə olduğu bildirildi. Konfransda Lənkəranda dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlər barədə məlumat verildi. Hazırda Lənkəranda fəaliyyət göstərən 83 məscidin 46-sının dövlət qeydiyyatından keçdiyi, rayonda bütün vətəndaşların adət-ənənələrinin və dini ayinlərinin icrası üçün lazımi şəraitin yaradıldığı bildirildi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR