Cəmiyyət

Azərbaycanda quraşdırılan sutəmizləyici qurğular ən yüksək standartlara cavab verir

28-01-2011 | 14:29        

  

 Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Ekologiya və Təbii sərvətlər nazirliyinin Kür və Araz çayı sahilində quraşdırdığı sutəmizləyici qurğular ən yüksək texnoloji avadanlıqla təmin olunub. Bu sözləri sutəmizləyici qurğuların istehsalı ilə məşğul olan İsrailin ODİS şirkətinin rəhbəri söyləyib. İsrailin Odis şirkətinin rəhbəri və digər xarici mütəxəssislər 18 rayonun 63 kəndində Ekologiya və Təbii sərvətlər nazirliyi tərəfindən quraşdırılan sutəmizləyici qurğuların fəaliyyəti ilə tanış olublar. Mütəxəssislərin sözlərinə görə, qurğuların ən müasir texnologiya əsasında hazırlanan avadanlıq, o cümlədən OSMOS texnologiyası ilə təchiz edilməsi sakinlərə Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun içməli su ilə təmin edilməsinə şərait yaradıb. Xarici mütəxəssislər də bu cür qurğuların istismara verilməsini Azərbaycan dövlətinin sakinlərin içməli su probleminin həlli istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirirlər.   Ümumilikdə, 20 rayonun 160 kəndində bu cür qurğular quraşdırılıb. Onların sayəsində əvvəllər içməli sudan əziyyət çəkən 345 min əhali təmiz içməli su əldə edir. Hazırda isə 25 kənddə qurğuların quraşdırılması davam edir.