İqtisadiyyat

Bakıda Azərbaycan-Pakistan biznes konfransı keçirilib

05-07-2018 | 08:51        

  

Azərbaycanda yaradılan əlverişli investisiya mühiti digər ölkələrlə yanaşı, pakistanlı iş adamlarının da böyük marağına səbəb olub. Hazırda Azərbaycanda Pakistanın 260-dan çox şirkəti fəaliyyət göstərir. Bu barədə Bakıda keçirilən Azərbaycan-Pakistan biznes konfransında məlumat verilib.

Pakistan Azərbaycan üçün çox önəmli bazardır. Ötən ilin sonunadək Pakistan Azərbaycana 4,2 mln. dollar sərmayə yatırıb. Bu il ölkələrimiz arasında ticarət dövriyyəsi də artıb. Bu fikirləri Azərbaycan-Pakistan biznes konfransında İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov dedi.

Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Zahid Lətif Xan da sahibkarlar arasında yeni əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkdi.

Konfransda biznes və investisiya imkanlarına dair təqdimatlar oldu.  Tədbir çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu  və Ravalpindi Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalandı. Biznes konfrans iş adamlarının ikitərəfli görüşləri ilə  yekunlaşdı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR