Rəsmi xronika

Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyib Ərdoğana

28-10-2011 | 19:24        

  

 

Hörmətlə cənab  Baş Nazir  , Əziz  qardaşım ,

Qardaş Türkiyənin milli bayramı-Respublika  günü münasibəti ilə Sizi və bütün Türk xalqını öz adımdan və Azərbaycan xalqı adından  ürəkdən təbrik edirəm.

Biz  Türkiyənin hərtərəfli yüksəlişindən , dünya miqyasında artan  nüfuzundan , beynəlxalq məsələlərdə fəal iştirakından böyük məmnunluq duyuruq.

Azərbaycan –Türkiyə münasibətləri dərin tarixi köklərə, ortaq mənəvi dəyərlərə malik  xalqlarımızın dostluq və qardaşlığından güc alır.  Bu cür möhkəm təməllər üzərində yüksələn dövlətlərarası münasibətlərimiz xalqlarımızın sarsılmaz iradəsinin bariz ifadəsidir.

Əminəm ki, qarşılıqlı inam və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasında, ölkələrimizin iqtisadi qüdrətinin artmasında daim mühüm rol oynayacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, qardaş Türk xalqına sülh və rifah diləyirəm.

 

 

Hörmətlə    İlham Əliyev

 

Bakı 17 oktyabr 2011-ci il