Mədəniyyət

Moskvada Qara Qarayevin 100 illiyi münasibətilə təşkil olunan sərgi avqustun 19 – dək davam edəcək

29-06-2018 | 11:05        

  

Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunan sərgi açılıb. “Əsrin hüdudlarını aşan sənətkar” adlı sərgi avqustun 19 - na kimi davam edəcək.

“Əsrin hüdudlarını aşan sənətkar”! Bəli O, həqiqətən də Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedada malik sənətkarlardan biri olub. Milli musiqimizi klassik və müasir janrlarla sintez etməklə unudulmaz əsərlər yaradıb. Söhbət “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin müəllifi Qara Qarayevdən gedir. Moskvada Qara Qarayevin 100 illiyi münasibətilə təşkil olunan “Əsrin hüdudlarını aşan sənətkar”- adlı sərgi, Rusiya və Azərbaycan Mədəniyyət Nazirliklərinin, Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi və Heydər Əliyev Fondunun iştirakı ilə təşkil olunub. Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov Azərbaycanla mədəniyyət sahəsindəki əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi. Sərgidə şəxsi kolleksiyalardan, fondlardan böyük eksponatların toplandığını, ən maraqlı eksponatın isə  Tahir Salahovun dünya şöhrətli “Bəstəkar Qara Qarayevin portreti” əsəri olduğunu vurğuladı. Digər çıxışçılar isə SSRİ və Azərbaycan Xalq Rəssamı Tahir Salahovun Qara Qarayevlə dostluğundan, portretinin yaranma tarixindən bəhs etdilər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qara Qarayevin yetirməsi olduğunu diqqətə çatdıraraq dahi sənətkardan təkcə bəstəkarlıq sənətinin sirlərini deyil, həm də həyatı bilgilər aldığını dedi. Azərbaycan səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ölkə rəhbərliyinin Qara Qarayev yaradıcılığına və şəxsiyyətinə diqqətindən danışdılar. Sərgi ilə tanışlıqdan sonra Qara Qarayevin əsərlərindən ibarət konsert baş tutdu.

Rusiya Milli Musiqi Muzeyində keçirilən sərgi avqustun 19-dək davam edəcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR