Rəsmi xronika

Türkiyə Respublikasının Prezidenti Abdulla Gülə

28-10-2011 | 19:23        

  

 

 

Hörmətlə cənab  Prezident , Əziz  qardaşım ,

Dost və qardaş Türkiyənin milli bayramı-Respublika  günü münasibəti ilə Sizə və Sizin simanızda bütün Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Türkiyənin hərtərəfli inkişafı, iqtisadi yüksəlişi onun regionda cərəyan edən proseslərdə artan rolu ilə müşayiət olunur. Biz Türkiyənin uğurlarına ürəkdən sevinir və bundan qürur hissi keçiririk.

Tarixi birliyimizdən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanan Azərbaycan –Türkiyə dövlətlərarası münasibətləri xalqlarımızın yekdil iradəsini əks etdirərək, özünün ən yüksək səviyyəsi ilə seçilir.

Əminəm ki, zamanın sınaqlarından çıxmış dostluq və qardaşlığımız ölkələrimiz arasındakı  strateji tərəfdaşlıq  münasibətlərinin , müttəfiqliyimizin və həmrəyliyimizin əbədi mənbəyi olaraq daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bayram sevincinizə qoşulur, Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, qardaş Türk xalqına əmin-amanlıq və firavanlıq diləyirəm .

 

Hörmətlə    İlham Əliyev

 

Bakı 17 oktyabr 2011-ci il

 

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR