Bölgələr

Şəki turistlərin ən çox üz tutduqları məkanlardandır

28-06-2018 | 15:25        

  

Qədim tarixi, təmiz havası, saf bulaqları, duzlu-məzəli lətifələri, özünəməxsus zəngin mətbəxi…Bəli, söhbət Şəkidən gedir! Bütün bu keyfiyyətlərinə görə Şəki turistlərin ən çox üz tutduqları məkanlardandır.

Qədim mədəniyyət mərkəzlərindən olan Şəki regionun önəmli turizm mərkəzi kimi tanınır. Bura gələn qonaqlar Azərbaycanın qədim şəhəri ilə yaxından tanış olmaq imkanı qazanır. Turistlərin ən çox üz tutduqları məkanlardan biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Hazırda qoruq ərazisində dövlət tərəfindən qeydiyyata götürülən 25 abidə var. Həmin abidələr artıq 50 ildir ki, qapılarını turistlərin üzünə açıb. 300-dən artıq otağı olan karvansara zirzəmidən və iki mərtəbədən ibarətdir. Öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan bu abidə hazırda mehmanxana kimi qonaqların xidmətindədir.

Azərbaycana səfər edən çinli rəssam da burada gördüklərini əsərlərində əks etdirəcəyini deyir. 

Əgər Şəkiyə gəlib “Şəki Xan sarayı”nı görməmisinizsə, deməli bu şəhər haqqında heç nə deyə bilməzsiniz! VIII əsrə aid bu tarixi-memarlıq abidəsi Şəkinin çox sirrlərinə şahiddir. Xan sarayının divarlarında çəkilən rəsm əsərləri, qapı və pəncərələrinin şəbəkə sənəti ilə yığılması turistləri özünə valeh edir.

Şəki həm də sənətkarlar şəhəridir. Burada yolboyunca hər tərəfdə sənətkarlıq nümunələrini görmək mümkündür. Turistlər burada həm Azərbaycanın canlı musiqi kolaritlərini dinləyir, ifalardan zövq alır, həm də qədim şəhərdən xatirə üçün suvenirlər alırlar.

Bir sözlə, Şəkiyə səyahət edən hər bir kəs, buradan  sözün hər  mənasında əli dolu qayıdır. İstər rəmzi hədiyyələr, istər tarixi əks etdirən zəngin biliklər, istərsə də müasirliyi ilə gözoxşayan istirahət məkanları turistlərin xatirəsinə dərin və mənalı iz buraxır...

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR