Rəsmi xronika

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə(tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb

28-10-2011 | 18:56        

  

Prezident İlham Əliyev Fövqəladə Hallar  Nazirliyinin hərbi qulluqçularının  və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə(tarif)  maaşlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının  109-cu maddəsinin 32 bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Fövqəladə Hallar  Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının  və xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar  Nazirliyinin hərbi qulluqçularının  və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 30 faiz artırılsın.

2. Azərbaycan  Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam 2011-ci il noyabrın 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri 28 oktyabr 2011-ci il

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR