Rəsmi xronika

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə(tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb

28-10-2011 | 18:52        

  

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə(tarif)  maaşlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının  109-cu maddəsinin 32 bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları orta hesabla 30 faiz artırılsın.

2. Azərbaycan  Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3.Bu sərəncam 2011-ci il noyabrın 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri 28 oktyabr 2011-ci il