Mədəniyyət

Maykl Aksvörtinin “Nadir Şah” kitabının Azərbaycan dilində nəşri təqdim edilib

22-06-2018 | 13:40        

  

Milli Elmlər Akademiyasında dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin Azərbaycan dilinə tərcümə edilmiş “Nadir şah” kitabının təqdimatı keçirilib.

Şərqşünas Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcümə edilməsi Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfədir. Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabda maraqlı tarixi məlumatlar, təsvir və sxemlər yer alıb. Kitabın təqdimat mərasimində MEA-nın vitse-prezidenti İsa Həbibbəyli dedi ki, kitab siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın dövlətçilik fəaliyyətinə və şəxsiyyətinə dair çox dəyərli nəşrdir. Kitabın redaktoru Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Kitabın geniş müqəddiməsində sözügedən əsərə və Nadir Şah şəxsiyyətinə elmi səviyyədə yüksək qiymət verilib. Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova da “Nadir Şah” kitabında müəllifin zəngin mənbələrə əsaslandığını diqqətə çatdırdı. MEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd etdi ki, nəşr Qərbdə böyük maraqla qarşılanıb və akademik dairələrin diqqətini cəlb edib. AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə bildirdi ki, kitabda yer alan dərin elmi tədqiqat Nadir Şah Əfşar şəxsiyyətinə və yaratdığı dövlətə yeni konseptual baxış kimi qiymətləndirilib. O, bu nəşrin milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynadığını vurğuladı. Digər çıxış edənlər də kitabın əhəmiyyətindən danışdılar.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR