Siyasət

Rəsmi Buxarest Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır.

28-01-2011 | 13:25        

  


 

 

 

Biz hər sahədə  Azərbaycanın mövqeyini dəstəkləyirik. Bu fikiri AŞPA-nın qış sessiyası çərçivəsində qurumun sədri Mövlud Çavuşoğlu ilə birlikdə Rumıniya Prezidenti Trayan Basesku jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyü məsələsinə və Azərbaycan-Rumıniya əlaqələrindən danışan Rumıniya prezidenti bildirib ki, hər iki ölkə strateji tərəfdaşıdır. Azərbaycanın xəritəsinə nəzər yetirdikdə, bu ölkənin enerji resursları ilə zənginliyi dərhal nəzərə çarpır. Dağlıq Qarabağ münaqişəsinə də toxunan Trayan Basesku əlavə edib ki, rəsmi Buxarest məsələnin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır.