İqtisadiyyat

Beş ölkədə “Made in Azerbaycan” brendli şərabların satşını həyata keçirən “Şərab evləri” faəliyyət göstərir

22-06-2018 | 13:35        

  

Azərbaycanda qeyi-neft sektorunun digər sahələri kimi şərab ixracının artırılması da əsas vəzifələrdəndir. Artıq 5 ölkədə “Made in Azerbaycan” brendli şərabların satşını həyata keçirən “Şərab evləri” faəliyyət göstərir. Yaxın gələcəkdə isə daha 3 ölkədə “şərab evləri”nin açılması nəzərdə tutulub.

Qeyri-neft sahəsində ixracın dəstəklənməsi fonunda xarici bazara tanıdılması nəzərdə tutulan məhsullar sırasında şərab da var. Ötən il Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 1 milyon dekalitri ötüb. Bunun 375 min dekalitri ixrac edilib. Hazırda şərab ixracının əsas hissəsi, yəni 80 faizi Rusiyanın payına düşür.

Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilir ki,  Çin bazarında ixracla bağlı ildən-ilə müsbət dinamika müşahidə olunur. Bu amil nəzərə alınaraq yaxın müddətdə Şanxayda Azərbaycan Şərab evi açılacaq. Layihə digər ölkələrin iri şəhərlərində də reallaşdırılacaq.

Ötən il bir neçə beynəlxalq sərgidə Azərbaycan şərabının təqdimatı ilə bağlı işlər aparılıb. Artıq 500 min Azərbaycan şərabı Çin bazarına satılıb. Bu ölkənin istehlakçıları məhsullarımızın keyfiyyəti ilə tanışdır. İxracın artırılması dövlətin iqtisadi siyasətində də prioritetlərdəndir. Bu il mayın 3-də şərabçılığın inkişafına dair dövlət proqramı təsdiq edilib. Məqsədlərdən biri 2025-ci ilədək Azərbaycan şərabının ixracını 5 dəfəyədək artırmaqdır. Mütəxəssislər hesab edir ki, Azərbaycanda mövcud iqlim şəraiti, üzüm bağları, şərab müəssisələri və kadr potensialı göstərilən dövrədək hədəfə nail çatmağa imkan verəcək. Bu müddətə kimi isə təbliğat işləri gücləndiriləcək. Şərabçılıqla bağlı komponent və materialların təchizatı üzrə ixtisaslaşan “Spult” şirkəti və  Şərabçıllıq Assosasiyasının birgə təşkil etdiyi seminar da maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulandı. Rusiyalı mütəxəssisilərin də iştirak etdiyi seminarda bildirildi ki, şərabçılığın inkişafı üçün böyük həcmdə əlavə investisiyaya ehtiyac yoxdur. Sadəcə sahibkarlar məhsulun keyfiyyətini və təqdimatını dünya bazarlarının standartlarına uyğunlaşdırılmalıdır.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR