Siyasət

P.Şeşnz: Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın müttəfiqidir

22-06-2018 | 11:08        

  

ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupun üzvü Pit Seşnz Azərbaycanın milli bayramı – 28 May Respublika gününün 100-cü ildönümü münasibətilə bəyanatla çıxış edib.

“Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın müttəfiqidir”. Bu fikiri, ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupun üzvü Pit Seşnz Azərbaycanın milli bayramı – 28 May Respublika Gününün 100-cü ildönümü ilə bağlı verdiyi bəyanatda səsləndirib. Konqresmen vurğulayıb ki, 28 mayda bünövrəsi qoyulan  Azərbaycan Xaql Cümhuriyyəti müsəlman aləmində ilk dünyəvi parlamentli respublikadır. Bildirib ki, Sovet İttifaqının süqutundan sonra Birləşmiş Ştatlar 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurub. Elə o vaxtdan bəri ABŞ Azərbaycanın etibarlı dostuna çevrilib. Qeyd edib ki, 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycan, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olub, Əfqanıstan, Balkanlar və İraqdakı əməliyyatlarda ABŞ-la birgə iştirak edib. Bundan əlavə, Azərbaycanın, enerji marşrutlarının müxtəlifləşdirilməsində mühüm rol oynadığı vurğulanır. Sonda Konqresmen Azərbaycanı bayram münasibətilə təbrik edərək ABŞ və Azərbaycan arasındakı güclü əlaqələrin uzun illər davam edəcəyini bildirib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR