Siyasət

Azərbaycan Minskdə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub

22-06-2018 | 11:05        

  

Belarusun paytaxtı Minskdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-rəsmi dialoqlarının 10-cu görüşü çərçivəsində rəqəmli iqtisadiyyat və rəqəmli texnologiyalar üzrə nazirlərin iştirakı ilə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclas keçirilib. Azərbaycanın da təmsil olunduğu iclasda rominq tariflərinin uzlaşdırılması, kibertəhlükəsizlik, rəqəmli bazarların uyğunlaşdırılması, habelə genişzolaqlı rabitənin inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.