Bölgələr

Baramaçılıq inkişaf etdirilir

20-06-2018 | 15:34        

  

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində baramaçılıq və ipəkçilik ənənələrinin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Belə ki, ölkəmizdə ənənəvi məşğuliyyət növü sayılan baramaçılıq sahəsinin genişləndirilməsi Zaqatala rayon sakinlərini sevindirib. Burada barama qədim ənənəyə uyğun şəkildə - iməciliklərdə təmizlənir.

Zaqatala rayonunun Aşağı Tala kənd sakinlərinin icad etdikləri bu qurğu həm vaxta qənaət edir, həm də işin keyfiyyət və sürətini artırır. Baramanın təmizlənməsi üçün kustar üsulla hazırlanan qurğu 1 insanın gün ərzində gördüyü işi 20 dəqiqəyə etməyə qadirdir. Yəni, bu günədək 1 nəfər gündə əllə 12 kiloqram məhsulu zərərverici kəpənəkdən təmizləyə bilirdisə, bu qurğu ilə 1 tondan çox baramanı təmizləmək mümkündür. Sakinlərin kənd təsərrüfatı texnikası adlandırdığı bu aqreqat onların işini xeyli asanlaşdırıb. İşləmə üsulu da çox sadə və təhlükəsizdir.  

Baramaçılıqda yeni inkişaf dövrünü yaşayan zaqatalalılar qədim ənənələrinə də sadiqdirlər. Bu ənənəyə uyğun olaraq, məhsulun təmizlənməsi üçün iməcliklər təşkil olunur. Bir-birlərinə dəstək olan zaqatalalı kümçülər bu günədək 40 ton 862 kiloqram məhsul təhvil veriblər.

Bu inkişafa zəmin yaradan isə dövlətin kümçülərə verdiyi hərtərəfli dəstəkdir. Belə ki, bu il “Qax Damazlıq İpəkçilik Stansiyasından Zaqatala rayonunda 300 kümçüyə 988 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülər də yaradılan imkanlardan düzgün istifadə etməklə məhsuldarlığı artırmağa çalışırlar. 

Bu mövsümdə hədəf Zaqatala rayonunda 40 ton yaş barama tədarük etməkdir ki, bunun da 3 tonu Göyəm inzibati ərazi dairəsinin payına düşür.

Hacıqabullı kümçülərin bu sahədə təcrübələri az olsa da həvəsləri böyükdür. Onların bu ilki hədəfi 2 ton 800 kiloqram barama tədarük etməkdir. Bir neçə gündür ki, tədarükə başlayan fermerlər, bu günədək 1500 kiloqrama yaxın barama təhvil veriblər.

Bu il Hacıqabulda məhsuldarıqla yanaşı, kümçülərin də sayı artıb. Ötən il rayonda 6 ailə ipəkqurdu bəsləyib 250 kiloqram məhsul istehsal edimişdirsə, bu il 30 ailəyə 1480 qram  ipəkqurdu toxumu paylanılıb. Yem bazasının da möhkəmləndirilməsi kümçülərə yüksək məhsul tədarük etməyə imkan yaradıb.   

Barama tədarükündə ümumilikdə ölkə üzrə bu günə olan göstəriclər yüksəkdir.  Belə ki, kümçülərdən 451 ton yaş barama qəbul olunub. Zərdab rayonu yenə də öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 53 ton 764 kiloqram yaş barama təhvil veriblər. Zaqatalada 40 ton 862 kiloqram, Füzulidə 37 ton 569 kiloqram, Ağcabədidə 37 ton 127 kiloqram, Şəkidə isə 32 ton 193 kiloqram yaş barama tədarük olunub. Bu isə ötən illə müqayisədə 2 dəfə çoxdur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR