Siyasət

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclası keçirilib

20-06-2018 | 13:08        

  

Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 5-ci iclası keçirilib. Toplantıda bu ilin 5 ayında həyata keçirilən tədbirlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub. 

Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib. “Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda əks olunan tapşırıqların icrası məqsədilə görülən tədbirlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 5-ci iclasında müzakirə edildi. Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirdi ki, bu ilin 5 ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində artım 43 min 434 əmək müqaviləsi təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründə 21 min 506 olub. Beləliklə, bu il əmək müqavilələri üzrə artım tempinin müsbət saldosu 2 dəfədən çoxdur. Əli Əhmədov iyunun 1-dək 1 milyon 354 mindən çox müqavilənin bağlandığını da diqqətə çatdırdı. Sonra “Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı Komissiya yanında yaradılan İşçi qruplarının rəhbərlərinin məruzələri dinlənildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR