Siyasət

Yunanıstanın Saloniki şəhərindəki Aristotel unversitetində Qara Dəniz Hövzəsi Universitetləri rektorlarının 13-cü Konfransı keçirilib

20-06-2018 | 12:58        

  

Yunanıstanın Saloniki şəhərindəki Aristotel unversitetində Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 2018-ci il Konqresi və Rektorlarının 13-cü  Konfransı keçirilib. Tədbirdə Azərbaycanın elm və təhsil sahəsindəki inkişafı, eləcə də bu təşkilata verdiyi töhfələrdən danışılıb.

Yunanıstanın Aristotel unversitetində Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 2018-ci il  Konqresi və Rektorlarının 13-cü Konfransının məqsədi BMT-nin davamlı inkişaf planının həyata keçirilməsinə yardımçı olmaqdır. Azərbaycan da daxil olmaqla, 11 ölkənin 35 nufuzlu təhsil ocağının rektoru və müavinləri, professorların iştirak etdiyi tədbir Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin 20 illik yubleyinin qeyd olunması ilə başladı. Tədbirə ev sahibliyi edən Aristotel Unversitetinin rektoru Pericles Mitkas prioritet məsələləri açıqladı.

Tədbirdə Qara Dəniz Universiteti Şəbəkəsinə Bakı Dövlət Universitetinin rəhbərlik etdiyi 2002-2004-cü illər intibah dövrü kimi qiymətləndirildi. Şəbəkənin daimi katibliyinin məhz bu illərdə Bakı Dövlət Universitetinin  təşəbbüsü ilə yaradıldığı qeyd olundu. Rumuniyanın elm mərkəzləri ilə Bakı Dövlət Unversiteti arasında nanotexnologiya sahəsində aparılan birgə işlərin uğurlu nəticələrindən də danışıldı. Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin Baş Katibi Eden Mahmut Azərbaycanın bu nüfuzlu təşkilata verdiyi töhfələri yüksək qiymətləndirdi.

Mərasimdə məruzə ilə çıxış edən Bakı Dövlət Unversitetinin rektoru Abel Məhərrəmov Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlardan, ali  təhsil müəssələrinin inkişafından danışdı. Sonra Abel Məhərrəmov assosiasiyanın 20 illik fəaliyyəti dövrünü əhatə edən müəllifi olduğu kitabi Konqres üzvlərinə təqdim etdi. 

Bakı Dövlət Unversitetinin 100 illik yubleyinin YUNESKO və İSESKO ilə bərabər Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsində də gələn il geniş qeyd olunması qərara alındı. Konfransda həmçinin Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı da məruzələrlə  çıxış etdilər. Sonda Bakı Dövlət Unversitetinin rektoru Abel Məhərrəmov Assosasiyanın yubley mükafatı ilə təltif olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR