Bölgələr

Şəki İlin bütün fəsllərində turistləri qəbul etməyə hazırdır

20-06-2018 | 11:27        

  

Qədim mədəniyyət mərkəzi olan Şəki həm də ölkəmizin mühüm  turizm  məkanlarındandır. Bu gözəl diyar öz füsunkar təbiəti və tarixi abidələri həm yerli, həm də xarici türustləri daim cəlb edir. Bayram günlərdində isə bu Şəkiyə üz tutanların sayı daha da çox olub.

Buranın gözəl təbiəti, dağları, meşələri, bulaqlarına isə söz ola bilməz. Elə  bu səbəbdən ilin bütün fəsillərində Şəkinin gözəlliklərini görməyə gələn turistləri sayı artmaqdadır. Şəkinin  adı çəkiləndə  yada həm də Şəki halvası və piti düşür.

Ticarət, sənətkarlıq və mədəniyyət paytaxtı olan Şəkidə tarixi memarlıq abidələrinin çoxluğu burada turizmin inkişafına imkan yaradır.  Müasir infrastrukturlarının yaradılması, yeni turizm marşrutların təşkili sayəsində yerli və xarici turist sayında xeyli artım müşahidə olunur. Bir sözlə, burada öz vaxtlarını səmərəli və əyləncəli keçirməsi üçün turistlərə hər cür şərait yaradılıb.

Turist sayının artması Şəkidə yeni turizm-istirahət mərkəzlərinin yaradılmasını zəruri edib. Hazırda bu istirahət məkanlarinda  qonaqlara müxtəlif turlar və əyləncəli proqramlar təqdim olunur.

Dünyanın bir çox ölkələrindən Şəkiyə istirahətə gələn turistlərin marağını daha çox Yuxarı Baş Tarix Memarlıq qoruğu və Şəki xan sarayı cəlb edir. 

Öz istirahətlərini Şəkidə keçirməyə üstünlük verən yerli turistlərin də sayı çoxdur. Şəkinin qədim tarixi və gözəl təbiəti hər kəsi özünə valeh edir. Burada yaradılan şəraitdən hamı razıdır. 

Şəki həm də qədim ipəkçilik şəhəridir. Bura gələn qonaqlar sənətkarlıq nümunələrinə böyük maraq göstərirlər 

Şəkidə ekoturizm də geniş yayılıb. Qonaqlar müasir mehmanxanalarda və otellərlə yanaşı, və hər cür şəraiti olan kirayə evlərdə də qalmağa üstünlük verirlər.