Xarici xəbərlər

Ermənistanda ictima-siyasi vəziyyət də gərgindir

20-06-2018 | 10:38        

  

“General Manvel Qriqoryan Qarabağdakı qarətdən varlanmağa başladı...” Bu barədə “Exo Kavkaza” proqramına müsahibəsində jurnalist Yuri Manvelyan məlumat verib. Manvel Qriqoryan isə artıq həbs edilib.       

Ermənistanda ölkəni 20 ildir idarə edən Qarabağ klanının əsas dayaqlarından biri, respublikaçı deputat, Azərbaycan ərazilərinin işğalına başçılıq edən və çoxsaylı hərbi cinayətlər törədərək ad çıxaran oliqarx-general Manvel Qriqoryanın biabırçı sonunu müzakirə edir. Jurnalist Yuri Manvelyan “Exo Kavkaza” proqramına müsahibəsində Qriqoryanı sərt tənqid edib. O, generalı satqın adlandırıb. Bildirib ki, Qriqoryan nəinki xalqına, hətta üzvü olduğu partiyaya da xəyanət edib. “Qriroqrayn məxməri inqilab qalib gələndən sonra jurnalistlərə tez-tez deyirdi ki, mən Respublika partiyasının üzvü deyiləm, müharibə qəhrəmanıyam. Və əslində hamı bu adamın hakimiyyətə necə gəldiyini bilirdi. Onun bütün sərvətinin, zənginliyinin başlanğıcı Qarabağda, müharibə gedən ərazilərdə törətdiyi qarətlərdən qaynaqlanır”. Sitatın sonu... Jurnalist deyir ki, Manvelin həbsi Ermənistanda on illərdir hökm sürən mifi dağıdır. Yuri Manvelyanın sözlərinə görə, bu adamlar əslində heç vaxt faydalı olmayıblar. Onlar hələ də müharibə təhdidi ilə manipulyasiya edərək hakimiyyətdə qalırlar. General Manvel həmin adamdır ki, iki-üç il əvvəl açıq şəkildə azərbaycanlı əsiri evində qul kimi saxladığını demişdi. Bildirmişdi ki, həmin azərbaycanlını xaçlayıb, adını Simon qoyub...Ermənistan parlamentinin deputatı Aram Sarkisyan isə Manvel Qriqoryanı və onun kimi komandirləri Robert Köçəryanla Serj Sərkisyanın korladığını deyir. Sitat: “Bu korladılar sözü nə deməkdir? Cavab verirəm. Bu adamları qeyri-məhdud qüdrət və əmlak sahibi etdilər. Bu adamları şirnikləşdirməklə hakimiyyətlərini möhkəmləndirdilər. 1999-cu ilə qədər Manvelin Eçmiədzində heç evi də yox idi. 1999-cu il oktyabrın 27-də parlamentə hücumdan sonra Robert Köçəryan onu İrəvana apardı, general-leytenant rütbəsi verdi, müdafiə nazirinin müavini təyin etdi və sərvətə qeyri-məhdud çıxış imkanı açdı. Aram Sərkisyan bildirir ki, Qriqoryan xərçəngdən və diabetdən əziyyət çəkir. Qatılaşdırılmış süd onun nəyinə lazımdır? Hesab edirəm ki, cavab eynidir: onun yoluxduğu acgözlük, hərislik. Əsgərə göndərilən yardımı mənimsəyən şəxs isə ən ağır cəzaya məhkumdur. Ermənistanın sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryan artıq həbs edilib. O, qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirləndirilir. İrəvan məhkəməsi Qriqoryanı 2 aylıq həbs edib. General Seyran Saroyanın jurnalistlərə açıqlamasında deyib ki, Qriqoryan dünənə kimi qəhrəman idi, lakin səviyyəsi konserv oğurluğuna qədər aşağı endi. Saroyan bir neçə ay əvvəl dediyi sözləri xatırladıb. “Əsgərdən oğurluq edən cəzalanacaq. Əgər Manvel mənim sözlərimi eşitsəydi, iki il əvvəl mənimsədiklərindən  canını qurtarardı. İndi ən pisi odur ki, onu həm prokuror ittiham edir, həm də Tanrı” Sitatın sonu. Qriqoryanın öz adını təmizə çıxaracağı ilə bağlı dediyi sözləri şərh edərkən Saroyan deyib ki, bu barədə danışmaq mənasızdır. “Hansı ad? Nə deyə bilər? Bu məktublara necə cavab verə bilər? Heç bir şərəfdən söhbət belə gedə bilməz”. Qriqoryanın həbsi onun nəzəratində olan Eşmiədzin vilayətində bayram əhval-ruhiyyəsi yaradıb. Yerli sakinlər deyirlər ki, daha qorxu və təhdid altında yaşayamayacaqlar. Çünki, uzun illərdir vilayətdə hərbi diktatura rejimi hökm sürürdü. Heç kim isə bu qanunsuzluqlara görə etiraz edə bilmirdi. Qriqoryan özünü Eçmiədzinin ağası kimi aparırmış. Hətta məktəblərdə məcburi şəkildə onun “qəhrəmanlıqlarını” əks etdirən lövhələr yaradılıb. İndi təhsil müəssisələrinin rəhbərləri sevinirlər ki, Qriqoryan kimi saxta insanları daha təbliğ etməyəcəklər. Hərbi xunta rejiminin rəhbərləri olmuş Serj Sarkisyan və Robert Köçəryanın Gümrünün fəxri sakini olması ilə bağlı sənəd də ləğv edilib.  İrəvan polisi isə xususi əməliyyat nəticəsində Serj Sarkisyanın yaxın adamlarından, dövlət nəzarət xidmətinin sabiq rəhbəri Ohanes Ovsepyanı da saxlayıb. Onun şəxsi avtomobilindən odlu silah aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR