İqtisadiyyat

“Mühasibat uçotu haqqında” qanuna dəyişikliklə bağlı müzakirələr aparılıb

14-06-2018 | 13:08        

  

Mühasibat uçotu sahəsində qanunvericilikdə aparılan dəyişikliklər ölkə iqtisadiyyatının inkişafına geniş imkanlar açır. Bu fikir Mühasiblər və Risk Peşəkarları Assosiasiyası ilə Maliyyə Nazirliyinin “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik mövzusunda birgə təşkil etdiyi tədbirdə səslənib. Bildirilib ki, yüksək keyfiyyətli investisiya mühitinin artırılması, korrupsiyanın azaldılması, müəssisələrdə rəqabət qabiliyyətinin artırılmasında mühasibat uçotu mühüm rol oynayır. Qanuna olan dəyişiklərdə ilk dəfə olaraq peşəkar mühasib anlayışı öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün isə Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarda iştirak edərək sertifikat əldə etməsi tələb olunur.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR