Siyasət

TANAP layihəsi dünya mediasının diqqət mərkəzindədir

14-06-2018 | 11:08        

  

TANAP layihəsi dünya mediasının diqqət mərkəzindədir. İspaniya mətbuatı layihəsinin açılış mərasimindən yazıb. Əskişəhərdə Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi İtaliya KİV-lərinin də diqqətindədir.

İspaniyanın “eldiario” portalında Trans-Anadolu qaz boru kəmərinin istifadəyə verilməsi münasibətilə “Dörd ölkənin prezidenti Azərbaycandan Avropaya uzanan qaz kəmərinin, TANAP layihəsinin açlışını etdi" sərlövhəli məqalə yerləşdirilib. Yazıda Türkiyənin Əskişəhər bölgəsində Azərbaycan qazını Avropaya daşıyacaq qaz boru kəmərinin açılış mərasimindən bəhs edilir, TANAP layihəsinin texniki imkanları, iqtisadi potensialı və perspektivləri barədə ətraflı məlumat verilir. Bildirilir ki, qaz boru kəməri Azərbaycandan başlayaraq, Gürcüstan və Türkiyədən keçməklə Yunanıstanadək çatır və uzunluğu 1850 kilometrdir.

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında da “Prezident İlham Əliyev: TANAP qaz kəməri Türkiyə-Azərbaycan qardaşlığının növbəti qələbəsidir” sərlövhəli məqalə yerləşdirilib. Yazıda Türkiyənin Əskişəhər bölgəsində Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi zamanı Azərbaycan Prezidentinin çıxışından sitatlar gətirilib. Qeyd olunur ki, 7 ölkəni və bir çox şirkətləri birləşdirən bu qaz kəməri indi və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.