Xarici xəbərlər

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində etirazların miqyası getdikcə böyüyür

14-06-2018 | 10:57        

  

Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində etirazların miqyası getdikcə böyüyür. Narazı kütlə hərbi xunta rejiminə son qoyulmasını, Bako Saakyanın isə istefaya getməsini tələb edirlər.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mitinqlər yenidən başlayıb. Burada yaşayan ermənilər qondarma rejimin rəhbəri Bako Saakyanın istefa verməsini tələb edirlər. Separatçı “Qarabağ işığı” təşəbbüs qrupunun üzvü Vaan Badasyan bildirir ki, Bako Saakyan xalqı aldadıb. “O, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Ona görə də o, dərhal istefa verməlidir. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”. Sitatın sonu... Politoloq Aleksandr Kananyan Vaan Badasyanın fikirləri ilə tam razı olduğunu bildirir. Onun sözlərinə görə, iki ilə çox şey dəyişə bilər və Bako Saakyan da bu müddətdə verdiyi vədi unudar. Serj Sarkisyan da belə etmişdi. Xalqa baş nazir olmayacağı ilə bağlı söz verdi, lakin yeganə namizəd kimi seçkiyə qoşuldu. Xankəndində keçirlən mitinqə xeyli polis qüvvəsi də cəlb olunub. Ermənistanda isə İrəvan merinin başı dərddədir. İstintaq Komitəsi meriyanın binasında, İrəvan fondunun ofislərində axtarışlara başlayıb. Xeyli sənədlər müsadirə olunaraq İstintaq Komitəsinə aparılıb. Ermənistan mediasının yaydığı ilkin məlumata görə, tədqiqatlara vətəndaşların müraciətindən sonra başlanılıb. Mer şəhər büdcəsini talamaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur. İrəvan fondu isə əhalinin sosial problemlərinin həlli məqsədi ilə ayrılan pulları mənimsəyib. Artıq hər iki  quruma qarşı cinayət işi açılıb. İki ay əvvəl isə Ağsaqqallar şurasının üzvü Araik Arutyunyan və “Yelk” fraksiyasının deputatı Lena Nazaryan da İrəvan fondunun qeyri-qanuni fəaliyyəti ilə bağlı məhkəməyə müraciət edib. Fondun rəhbəri İrəvan meri Taron Marqaryandır. Ermənistan İstintaq Komitəsi həmçinin Müdafiə Nazirliyinin vəzifəli şəxsinin külli miqdarda rüşvət alması ilə bağlı cinayət işi açıb. İki nəfərə ittiham elan olunub. Onlardan biri 1961-ci il təvəllüdlü Mamul Xalatyan ordu üçün xidmət və malların qəbulu məqsədilə yaradılan daimi texniki komissiyanın adından istifadə edərək şirkət rəhbərlərindən rüşvət alıb. O, 2008-2013-cü illərdə tələblərə cavab verməyən malların qəbul edilməsi nəticəsində 31 milyon 120 min dollar vəsait əldə edib. Xalatyana qarşı külli miqdarda rüşvət almaq maddəsi ilə ittiham elan olunub. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə Dövlət Gəlirlər Komitəsi tərəfindən istintaqa çağırılıb. Məlumta görə o, 2014-2017-ci illərdə dövlət sifarişləri və hərbi obyektlərin tikilməsi sahəsində baş verən qanun pozuntularında ittiham edilir. Bununla yanaşı, Ermənistan ordusunun istehsalat-texniki idarəsinin keçmiş bölmə rəisi Qriqori Barseqyan iri məbləğdə dələduzluq, xidməti vəzifədən sui-istifadə, saxta sənəd hazırlamaq və rüşvətxorluqda ittiham olunaraq həbs edilib. Həmin idarənin sabiq rəisi Aşot Qriqoryana qarşı da oxşar ittihamlar irəli sürülüb. Onlar cinayəti törədən illərdə Seyran Ohanyan müdafiə naziri işləyib. Orduda törədilən qanun pozuntularına görə, keçmiş müdafiən naziri ilə yanaşı, baqşa sabiq məmurlar və hazırda orduda xidmət edən şəxslər də istintaqa cəlb ediliblər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR