Siyasət

TANAP-ın açılışı müstəsna əhəmiyyətə malikdir

13-06-2018 | 13:48        

  

Dünya miqyasında etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınan Azərbaycanın gerçəkləşdirdiyi enerji və nəqliyyat layihələri regionun iqtisadi-siyasi həyatında mühüm rol oynayır. Bu baxımdan Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi”nin TANAP seqmentinin açılışı müstəsna əhəmiyyətə malikdir. Ekspertlər bildirir ki, Avropanın, bütövlükdə regionun  enerji təhlükəsizliyində çox ciddi önəm kəsb edənbelə layihələr Azərbaycanın beynəlxalq arenadakı  liderlik mövqelərini bir daha təsdiqləyir və gücləndirir.

TANAP ümumi investisiya dəyəri 40 mlrd ABŞ dolları, uzunluğu 3 500 km-dən artıq olan,Azərbaycan müstəqilliyinin qısa tarixində imza atdığı möhtəşəm layihələrdən biri Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Biləvasitə ölkəmizin təşəbbüsü və iştirakı ilə gerçəkləşən bu transmilli layihəni birmənalı şəkildə Azərbaycanın neft-qaz stategiyasının 21-ci əsrdə növbəti uğuru kimi səciyyələndirmək olar. Çünki cəmi 20-25 il əvvəl müstəqilliyi uğrunda ölüm-dirim savaşına qalxan, təhlükəsizliyini güclə təmin edə bir ölkə indi region, bütövlükdə qlobal təhlükəsizlikdə əsas aktor kimi çıxış edir. 2011-ci il oktyabrın 25-də "Azərbaycan və Türkiyə arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş imzalandı. Elə həmin  noyabrın 17-də İstanbulda keçirilən III Qara dəniz enerji və iqtisadi forumunda TANAP layihəsinin həyata keçirilməsi,dekabrın 26-da isə boru kəmərinin tikintisi və boru kəmərinin idarə edilməsi üçün konsorsimun yaradılması na dair memorandum və nəhayət, 2012-ci il iyunun 26-Türkiyə iə Azərbaycan arasında İstanbulda TANAP-la bağlı Hökumətlərarası müqavilə imzalandı.TANAP-ın təməli isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Geoge Margvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsın Səlim rayonunda qoyudu.

Xəzərdən Avropaya birbaşa qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizini dünyanın enerji xəritəsində yeni səhifə kimi dəyərləndirmək olar.Tarixi addım olan olan bu layihəsözün əsil mənasında “Əsrin kontraktı”nın uğurlu davamı,neft strategiyasının yeni mərhələdə böyük təntənəsi oldu.Azərbaycan müstəqillik əldə etdikdən sonra nəhəng neft və qaz ehtiyatlarının sahibi kimi çıxış etmək,onu dünya bazarlarına çıxarmaq böyük aktuallıq kəsb edirdi.20-ci əsrin sonlarında mürəkkəb geosiyasi şəraitdə bunu reallaşdırmaq,üstəlk ixrac problemlərini nəinki həll etmək,həm də onun diversifikasiyasına nail olmaq əlbəttə ki,çox çətin idi. Lakin bütün çətiniklər,yaradılan süni maneələrə rəğmən Azərbaycan qarşısına qoyduğu strateji hədəfə - regionun vəAvropanın enerji təhlükəsizliyinə böyük töhfə verən irimiqyaslı layihələrə imza atdı.Beləki,1999-cu ildə Bakı-Supsa, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə isəBakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən sonra bu gün həm əhatəcoğrafiyası, həm də kapital qoyuluşu baxımından daha böyük layihə olan Cənub Qaz Dəhlizinin rəsmi açılışının şahidiyik.

Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazı Xəzər dənizindən Avropa  bazarlarına çatdırmaq üçün təbbi ki,mövcud boru xəttinin genişləndirilməsi, yenilərinin tikintisi tələb olunurdu. Bunlar:

- mövcud Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan və Gürcüstan ərazisində yeni paralel boru kəməri vasitəsi ilə genişləndirilməsini;

- Şahdəniz qazını Türkiyə  ərazisindən nəql edəcək Trans Anadolu Kəmərinin (TANAP) tikintisini;

- Yunanıstan və İtaliya ərazisindən keçməklə Şahdəniz qazını  Avropaya nəql edəcək Trans Adriatik Boru Kəmərinin (TAP) inşasından - ibarət idi.

Beləliklə,  bütün təzyiq və təhdidləri, xüsusilə erməni lobbisi və onların havadarlarının çirkin kampaniyalarını dəf edən Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gələ bildi və artıq indi dünyanın enerji xəritəsində mühüm rol oynayan ölkələrdən birinəçevrilib.Layihə həm də Azərbaycan -Türkiyə qardaşlığı ,sttaeji əməkdaşlığı, ,başqa sözlə, Azərbaycan Türkiyə qardaşlığının Anadoluya atılan imzasıdır. “Bu gün biz XXIəsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir,”- deyən prezident İlham bildirdi ki,bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir.Sözsüz ki,bu əməkdaşlıq təkcə ölkələrimiz üçün deyi, bütövlükdə bölgə, eləcə də, Avrasiya üçü çox önəmli amildir.

Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu nəhəng enerji layihəsi heç şübhəsiz ki, beynəlxalq əməkdaşlıq olmadan da mümkün deyildi. Ona görə də Cənub Qaz Dəhlizi Avrasiyada məkanında yeni əməkdaşlıq, formatı,işbirliyinin yaranmasına gətirib çıxartdı.Türkiyənin Əskişəhər şəhəridə TANAP-ın rəmi açılı mərasimində bu məsələyə xüsusi  toxunan prezident İlham Əliyev bildirdi ki: ”Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək.” Heç şübhəsiz ki, Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycanın beynəlxalq arenada formalaşan etibarlı tərədaş, ləyaqətli dövlət imici  də xüsusi əhəmiyyətə malikdir. Məsələn, ABŞ prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu və məktubda ölkəmizi qlobal enerji təchizatında önəmli tərəfdaş kimi dəyərləndirməsi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin “Xəzər Neft-Qaz 2018” sərgi və konfransı münasibətilə dövlətimizin başçısına məktubunda Azərbaycan ilə tərəfdaşlığı daha da genişləndirmək niyyətini ifadə etməsi, ölkəmizin mühüm layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də başlıca aktor kimi nüfuzunun açıq göstəricisidir. Bir sözlə, Azərbaycan müasir dünya düzənində mövcud gərginliklərə, yaşanan qarşıdurmalara rəğmən ən yüksək səviyyədə sabit diplomatik əlaqələri qorumağa, əlverişli coğrafi mövqeyi, təbii ehtiyatlarına və zəngin potensialına arxalanaraq nəinki, digər ölkələrlə və eləcə də dünyanın tanınmış iqtisadi, maliyyə qurumları və şirkətləri ilə geniş əməkdaşlıq etməyə, eyni zamanda, onları sistemli surətdə inkişaf etdirməyə qadirdir. Cənub Qaz Dəhlizinin həyata vəsiqə alması biləvasitə Azərbaycan, onun lideri prezident İlham Əliyevin şəxsi nüfuzu və prinsipiallığı ilə bağlıdır. Məhz, NABUKO və digər müxtəlif təkliflər fonunda Azərbaycan öz mövqeyindən geri çəkilmədi və irəli sürdüyü layihəyə güclü siyasi və maliyyə dəstəyi göstərməklə icrasını təmin etdi. Beləliklə, vaxtilə xəyal hesab olunan dörd seqmentdən ibarət Cənub Qaz dəhlizi layihəsi prezident İlham Əliyevin liderliyi ilə artıq reallıqdır. Beləliklə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəyə çevrilən növbəti tarixi layihə regionun enerji xəritəsini yenidən tərtib etməklə, iştirakçı ölkələrin iqtisadi, siyasi və mədəni həyatında mühüm amilə çevrilir Regionda ikitərəfli və çoxtərəfli əməkdaşlığa yeni impuls verən sabitlik və təhlükəsizliyə ciddi töhfəsi ilə gündəmə gələn Cənub Qaz Dəhlizinin parametrlərinə gəlincə, bu:

- meqalayihə hər il 16;

- sonrakı mərhələdə 23;

- 2026-cı ildə isə 31 milyard kubmetr - qazın Avropa bazarına nəqlinə hesablanıb.

Cənub Qaz Dəhlizinin mühüm özəliklrindən biri də  neft ölkəsi olan Azərbaycanı dünyaya həm də nəhəng qaz ölkəsi kimi təqdim etməsidir. Nəzərə alsaq ki, dünya enerji bazarında təbii qaz getdikcə daha böyük yer almağa başlayır, onda ölkəmizin dünya enerji bazarındakı gələcək rolu və perspektivlərini aydın təsəvvür etmək olar. Hesablamalara görə ölkəmizin proqnozlaşdırılan qaz ehtiyatı 3,5 trilyon kubmetrəyaxındır və bu da Azərbaycanın ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin etmək anlamına gəlir.

Cənub Qaz Dəhlizi"ni həmçinin, üçtərəfli  və çoxtərəfli əməkdaşlıq formatının uğurlu nümunələrindən biri hesab etmək olar. Layihənin icrasında 7 dövlət, o cümlədən 11 aparıcı şirkətin iştirak etməsi faktı da bunun əyani nümunəsidi. Əsas özəlliklərdən biri də SOCAR-ın layihədə operator kimi çıxış etməsidir. Beləliklə, ötən əsrdə dünya neft-qaz sənayesində  xüsusi yeri olan Azərbaycan bu gün yenə də dünya enerji bazarında yeni tarix yazır. Milli maraqlar, xalqların rifahı və inkişafına hesablanan bu siyasət isəmüstəqil Azərbaycanın nüfuzunu daha da artırır, dünyada üstün mövqelərini gücləndirir.

Azəri–Çıraq–Günəşli yataqlarının birgə işlənməsi üzrə kontraktın müddətinin 2050-ci iləqədər uzadılmasından sonra Cənub Qaz dəhlizinuin işə düşməsi eyni zamanda, Azərbaycanın  bundan sonrakı 100 illik uğurlu inkişafı, konkret olaraq iqtisadi, sosial, mədəni, idman sferalarında həyata keçirilən sistemli və kompleks porqramların davamlılığının qarantı hesab olunur. Bir sözlə, bu meqalayihə həmçinin, vətəndaşrifahının daha da yüksəlməsi və deməli daha güclü Azərbaycanın sabahlarından xəbər verir.