Siyasət

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə İsveçrədə poçt markası buraxılıb

13-06-2018 | 10:54        

  

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə İsveçrədə poçt markası buraxılıb. Bu barədə razılaşma Azərbaycanın İsveçrədəki səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti arasında əldə edilib. Qeyri-kommersiya məqsədilə buraxılan poçt markaları ölkəmizin səfirliyi tərəfindən istifadə edilməklə yanaşı, Azərbaycanın Cenevrədəki BMT bölməsinə, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərə və başqa maraqlı tərəflərə göndəriləcək.