Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib

12-06-2018 | 16:02        

  

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılıb, Azərbaycan Günü təşkil edilib.

Moskvanın “Poklonnaya qora” adlanan hissəsində yerləşən məscidin həyətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından dindarlar üçün iftar süfrəsi açıldı. İftar süfrəsində müxtəlif millətlərin və təşkilatların, Rusiyada akkreditə olunmuş səfirliklərin və Azərbaycan təşkilatlarının nümayəndələri iştirak edirdi.

Qonaqlar Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətini əks etdirən fotosərgi ilə təşkil oldular. Ramazan çadırına gələn qonaqlara “Baku”, “AMOR” jurnalları və Fondun nəşrləri paylanıldı. Mərasimdə bildirildi ki, bu gün Azərbaycanda dini, milli zəmində heç bir problem və anlaşılmazlıq yoxdur. Azərbaycan dünyada multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib. Rusiyanın müftilər şurası adından çıxış edənlər Heydər Əliyev Fondunun təşkil etdiyi xeyriyyəcilik aksiyalarını yüksək qiymətləndirdilər. Sonra tədbirdə müqəddəs “Qurani-Kərimdən”dən surələr oxundu. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edildi. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan haqqında hazırlanan videoçarx da maraqla qarşılandı. Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələrinin də təmsil olunduğu iftar süfrəsində 700-dən çox  qonaq iştirak edirdi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR