Digər

“SABAH” incəsənət festivalı”nın qalibləri mükafatlandırılıblar

12-06-2018 | 07:36        

  

“Təhsil haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı təkliflər paketi hazırlanaraq Milli Məclisə təqdim edilib. Müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar məhz bu dəyişikliklərdən sonra mümkün olacaq. Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən Sabah İncəsənət Festivalının bağlanış mərasimində bu barədə məlumat verib.

Müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Bu barədə məlumat verən Təhsil naziri Ceyhun Bayramov deyir ki, “Təhsil haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək. Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər paketi hazırlanaraq Milli Məclisə təqdim edilib. Müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar da məhz dəyişikliklərdən sonra mümkün olacaq. Ceyhun Bayramov təhsilin inkişafı, istedadlı gənclərin üzə çıxarılması baxımından SABAH qruplarının tələbələrinin İncəsənət Festivalının əhəmiyyətindən də danışdı.

Festival çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq və Bakı Musiqi Akademiyaları, Dövlət Mədəniyyət və İncəsənət, Memarlıq və İnşaat Universitetlərinin tələbələri pantomima, keramika sənəti, xalçaçılıq, rəssamlıq üzrə ustad dərsləri keçiblər. İki gün davam edən festivalda çərçivəsində milli geyim, xalça eskizləri, taxta və keramikadan hazırlanan müxtəlif fiqurlar, memarlıq nümunələri, landşaft layihələndirmə işləri üzrə sərgi də təşkil edilib.

Tədbirdə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin ifasında Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tamaşa da nümayiş etdirildi. Bakı Musiqi Akademiyasının SABAH qrupunun tələbələri isə konsert proqramı ilə çıxış etdilər. Sonda festival iştirakçısı olan ali məktəb rektorları və SABAH qruplarının rəhbərlərinə diplomlar təqdim edildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR