Bölgələr

Arıçılıq təsərrüfatlarında “may balı”nın süzümünə başlanılıb

11-06-2018 | 14:07        

  

Cənub bölgəsində bu ilin ilk bal süzümünə başlanılıb. Hazırda arıçılar qışdan sağ çıxartdıqları arı ailələrindən bu ilin ilk ekoloji saflığı, dadı və yüksək keyfiyyəti ilə tanınan Astara balını tədarük etməyə başlayıblar. Fermerlər arı ailələrindən bol məhsul götürməyi nəzərdə tuturlar.

Dadı və keyfiyyətinə görə adı dillər əzbəri olan “may balı”nın orqanizmə xeyri də çoxdur. Astaranın ucqar dağlıq ərazisində, Miki kəndində, özünə arıçılıq təsərrüfatı quran Sədaqət Hüseynov bu mövsümdə 20 kiloqrama yaxın bal tədarük etməyi planlaşdırır. Uzun illərdir ailəvi təsərrüfat yaradaraq arıçılıqla məşgul olan fermer bu il arılarının sayını artıraraq 72-dən 100-ə çatdırıb. Amma astaralı arıçı təsərrüfatının mövcud vəziyyəti ilə də kifayətlənmir.

Sözsüz ki, keyfiyyətli balın müştərisi yaxşı məhsulun ünvanını özü axtarıb-tapır. Lakin balın satışı üçün yaradılan yarmarkalar həm alıcının, həm də satıcının işini asanlaşdırır. Çünki, dövlət tərəfindən təşkil olunan bu yarmarkalarda keyfiyyət, və qiymət tənzimlənməsinə ciddi nəzarət olunur. Yarmarkaya çıxarılan bal xüsusi aparatlar vasitəsilə yoxlanılır ki, bu da saxta məhsulun satışının qarşısını alır. Ötən il Astaradan yarmarkalara ümumilikdə 60 tondan çox məhsul çıxarılıb. Bu il isə astaralı arıçılar yarmarkaya 70-80 ton məhsul çıxarmağı planlaşdırırlar. Ümumikdə isə, təkcə bu rayon üzrə 26 min arı ailəsindən 300 ton məhsul gözlənilir. 

Bu minvalla Astarada arıçılıqla məşğul olanların sayı artaraq 1200 nəfərə çatıb. Arıçılıq təsərrüfatlarının ildən-ilə artımına təsir göstərən amillər isə çoxdur - hər arı ailəsinə ayrılan subsidiya və güzəştli kreditlər, təşkil olunan yarmarkalar, üstəlik bu sahədən gələn yüksək gəlir. Yaxın gələcəkdə isə, Astarada bal üçün qablaşdırma sexinin tikilməsi də planlaşdırılır ki, bu da arıçılıq təsərrüfatının genişləndirilməsinə təsirsiz ötüşməyəcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR