Digər

“Palçıq vulkanlarının torpaq və yeraltı suyun keyfiyyətinə təsiri” ilə bağlı layihənin təqdimatı keçirilib

08-06-2018 | 13:23        

  

Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı Almaniyanın Karlsrue Texnologiya Universiteti ilə birgə “Palçıq vulkanlarının torpaq və yeraltı suyun keyfiyyətinə təsiri” ilə bağlı layihə hazırlayıblar.

Yüksək Texnologiyalar Parkının məqsədi  innovasiyalı biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına nail olmaq, intellektual biznesin dəstəklənməsinə kömək etmək, İKT sektorunda rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə şərait yaratmaqdır. Parkda təqdim olunan növbəti layihə “Palçıq vulkanlarının torpaq və yeraltı suyun keyfiyyətinə təsiri” ilə bağlı oldu. Neft-Qaz İnstitutunun geoekologiyası şöbəsinin struktur bölmə rəhbəri Fəxrəddin Kərimov bildirdi ki, layihənin həyata keçirilməsi üçün pilotsuz uçan aparatlardan istifadə edilib. Layihə üzərində azərbaycanlı mütəxəssislərlə bərabər həm də alman tədqiqatçılarının çalışdığını qeyd etdi. Almaniyanın Karlsrue Texnologiya Universitetinin “Struktur Geologiya və Texnofizika” üzrə eksperti Lena Merz isə müasir dövrdə ekoloji çirklənmənin qarşısının alınması üsulları barədə danışdı. Vurğuladı ki, Abşeron yarımadasındakı bir sıra palçıq vulkanlarının daha ətraflı öyrənilməsi üçün geoloji və geokimyəvi tədqiqatlar aparılır. Vulkanların təbiətə, torpağa təsiri araşdırılır.