Rəsmi xronika

Prezident İlham Əliyev MDB üzv dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən 31-ci iclasında iştirak edən nümayəndə heyətini qəbul edib

27-10-2011 | 17:09        

  

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev MDB üzv dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları  rəhbərləri Şurasının Bakıda keçirilən 31-ci iclasında iştirak edən nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev deyib:  “Xoş gəlmisiniz!  Sizi Azərbaycanda salamlamağıma şadam. Ümidvaram ki, MDB ölkələri Xüsusi xidmət orqanları Başçıları Şurasının iclası uğurla, əməkdaşlıq, qarşılıqlı fəaliyyət ruhunda keçəcək.  Bildiyiniz kimi, bizim ölkəmizlə sizin təmsil etdiyiniz ölkələr arasında olduqca mehriban dostluq münasibətləri yaranıb. Biz müntəzəm olaraq dövlət başçıları səviyyəsində görüşürük, qarşılıqlı səfərlər edirik, bir çox mühüm məsələləri həll edirik və bütün bunlar da postsovet məkanında çox yüksək səviyyədə qarşılıqlı fəaliyyətə və qarşılıqlı dəstəyə təkan verir. SSRİ dağıldıqdan sonra keçən 20 il ərzində bizim əldə etdiyimiz ən böyük nailiyyət odur ki, biz xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərini qoruyub saxlaya və möhkəmləndirə bilmişik”.

MDB  çərçivəsində keçirilən müxtəlif görüşlərin, tədbirlərin ölkələr arasında əməkdaşlığın  genişlənməsi üçün yaxşı  perspektivlər  yaratdığını qeyd edən  Prezident İlham Əliyev  humanitar sahədə də əlaqələrin möhkəmləndiyini  vurğulayıb .

Dövlət başçısı buna misal olaraq bu  yaxınlarda Bakıda MDB  ölkələrinin də iştirakı ilə keçirilən  1-ci Beynəlxalq Humanitar Forumun bütün dünyada böyük maraq doğurduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev MDB ölkələri arasında iqtisadi əlaqələrə və xüsusi xidmət orqanlarının əməkdaşlığına  da toxunub. Prezident İlham Əliyev : “İqtisadi strukturlar xətti üzrə də əlqələrimiz inkişaf edir.

Azərbaycana gəlincə bizim   MDB ölkələri ilə mal dövriyyəsi, qarşılıqlı investisiyalar artımı mövcuddur.

Biz iqtisadi sahədə  mövcud münasibətlərdən razıyıq.

Hüquq mühafizə orqanları xətti üzrə də həmçinin bizim regionda ikitərəfli və çoxtərəfli səviyyədə sərhədlərin mühafizəsi, cinayətkarlıqla mübarizə və əlbəttə ki, xüsusi xidmət orqanları xətti ilə ən böyük təhlükələrlə mübarizə istiqamətində sıx əməkdaşlıq edirik”.

 

“Biz hamımız maraqlıyıq ki, ölkələrimizdə sülh,əmin-amanlıq ,inkişaf hökm sürsün.

Bizim qarşımızda vətəndaşlarımızın həyat səviyyəsini, rifahını daha da yaxşılaşdırmaq kimi böyük vəzifələr durur”-deyən Prezident İlham Əliyev bütün bu məqsədlərə əngəl olan terrorizm və ekstremizmə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib. Dövlət başçısı bu baxımdan Xüsusi Xidmət Orqanlarının üzərinə düşən vəzifələrdən danışdı. Prezident İlham Əliyev    MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən 31-ci iclasının işinə uğurlar arzulayıb: “Mən əminəm ki, Şuranın iclası uğurla keçəcək, siz gündəlikdə duran məsələləri müzakirə edəcəksiniz.

Həmçinin düşünürəm ki, Bakıda olduğunuz iki gün ərzində siz daha da yaxınlaşacaq, birgə iş üçün münbit şərait yaradacaq.

Sizi bir daha salamlayır və Şuranın işinə uğurlar arzulayıram”.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR