Bölgələr

“Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalında 1000-ə yaxın gənc iştirak edib

07-06-2018 | 14:48        

  

Qəbələdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Qəbələdə təşkil olunan “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı rəngarəng və maraqlı səhnələrlə yadda qaldı. Qəbələnin Vəndam kəndinə toplaşan tədbir iştirakçıları əvvəlcə Xalq Cümhuriyyətinə həsr edilən sərgi ilə tanış oldular.

Daha sonra Cümhuriyyətin yaranması, müstəqilliyi uğrunda mübarizəsi, 1818-ci ilin mart soyqırımı, xalqımızın hərb tarixini əks etdirən tamaşa nümayiş olundu.  Tamaşada çaparların at belində göstərdikləri igidliklər, müxtəlif döyüş səhnələri maraqla qarşılandı.

Gənclər və İdman Nazirliyinin layihəsi olan “Tarixin canlı səhifələri” gənclər festivalları 2014-cü ildən etibarən keçirilir.

Qədim tariximizin şərəf dolu səhifələrini gənc nəslə çatdırmaq baxımından əhəmiyyət daşıyan bu festivalda 1000-ə yaxın gənc iştirak etdi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR