Mədəniyyət

Muğamın YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsinin 10 illiyi qeyd olunub

05-06-2018 | 10:44        

  

Parisdə muğamın YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsinin 10 illiyi qeyd olunub. Mərasimdə muğam ifaçılığı, onun musiqi dünyasında və azərbaycanlıların həyatındakı yeri haqqında ətraflı məlumat verilib. Mədəni dəyər  kimi muğam yüksək qiymətləndirilib. Muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasının və “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ciddi səyinin nəticəsi olduğunu vurğulanıb. Muğamlardan parçaların səsləndirildiyi yubiley gecəsində milli mətbəx nümunələri də təqdim edilib.