Mədəniyyət

“Euronews” telekanalı dolma haqqında reportaj hazırlayıb

31-05-2018 | 14:44        

  

“Euronews” telekanalının “Açıqcalar” silsiləsinin növbəti buraxılışı Azərbaycan mətbəxinin ayrılmaz nümunəsi olan dolmaya həsr olunub. Sujetdə dolmanın növləri və necə hazırlanmasından bəhs edilir.

“Euronews” telekanalının reportyoru Qalina Polonskaya reportajda dolma haqqında ətraflı məlumat verir, onun Azərbaycanın milli xörəklərindən biri olduğunu qeyd edir. Dolmanın hazırlanma qaydasını isə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova izah edir. Bildirir ki, milli mətbəximizin incisi sayılan dolma kiçik, səliqəli və yumru şəkildə bükülməli, bişərkən açılmamalıdır. Azərbaycan dolmasının ləzzətli olmasının əsas səbəbi isə onun yerli, keyfiyyətli məhsullardan hazırlanması, təzə-tər yarpaqlardan bükülməsidir. Reportajda Azərbaycanda dolma bişirmək ənənəsindən də söhbət açılır, bu dadlı xörəyə olan sevginin bütün bölgələri və millətləri birləşdirdiyi xüsusi qeyd olunur. Daha sonra dolmanın növləri haqqında məlumat verilir. Reportajın müəllifi dolmanın Azərbaycan milli mətbəxinin nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyini də tamaşaçıların diqqətə çatdırır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR