Siyasət

Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib

25-05-2018 | 13:31        

  

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, bu ölkədə akkreditə olunan səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız iştirak etdilər. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şərqdə yaradılan ilk demoktatik respublikanın tarixindən söz açdı. Diplomat AXC-nin mövcud olduğu 23 ay ərzində dövlət quruculuğu və demokratik dəyərlərin tətbiqi, ordu quruculuğu sahəsində görülən işlər haqqında məlumat verdi. Qeyd olundu ki, Azərbaycan əsrlərboyu müxtəlif mədəniyyət və dinlərin kəsişdiyi məkandır. Ölkəmizdə tolerantlıq və multikultural dəyərlər həmişə ön planda olub. Mərasimdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişafından da söhbət açıldı.

Tədbir ziyafətlə davam etdi.