Siyasət

E.Məmmədyarov: “Separatçıların danışıqlarda işitrakını təklif etmək sülh prosesini öldürmək deməkdir”

25-05-2018 | 13:22        

  

ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan beynəlxalq konfransda universitetin rektoru Hafiz Paşayev Cümhuriyyətin tarixindən və gördüyü böyük işlərdən danışdı. Sonra çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, Azərbaycan Demokratik Respublikası xarici, daxili çağırışlar, çətinliklər olsa da, Şərqdə və müsəlman dünyasında yaradılan ilk demokratik respublika idi. Milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. Nazir qeyd etdi ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdi. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində ərazimizin 20 faizi işğal edildi, bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan sürətlə inkişaf etsə də, torpaqlarımızın işğal altında olması hələ də ən böyük problem olaraq qalır. Nazir jurnalistlərə açıqlamasında bildirdi ki, həmsədrlər regiona səfəri məsələsinə də toxundu.

Konfransda vurğulandı ki, Azərbaycan indi beynəlxalq aləmdə siyasi-iqtisadi baxımdan etibarlı müttəfiqə çevrilib. Həyata keçirilən layihələr Azərbaycanı dünyada enerji istehsalçısı, tranzit ölkə kimi tanıdıb. Qeyd olundu ki, Azərbaycan dünyada həm də multikultural məkan kimi təqdim edilir. Diqqətə çatdırıldı ki, TANAP və TAP müstəqillik və suverenliyə töhfə verəcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR