Siyasət

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunan tədbir keçirilib

25-05-2018 | 10:05        

  

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, həmçinin yəhudi, türk, Pakistan, İran, Koreya və latino icmalarının rəhbərləri iştirak ediblər. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.  O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini və bu gün Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik olan dövlətə çevrildiyini vurğulayıb.

Azərbaycan Demokratik Respublikasının 100 illiyini sizinlə birlikdə qeyd etməyimə çox sevindim. Bizim Mərkəzin ölkənizlə güclü əlaqələri var və Mərkəzimizin tələbə-müəllim heyəti dəfələrlə Azərbaycanda olub və ölkənizdəki gözəlliklərin şahidi olublar. Ümid edirəm ki, əlaqələrimiz gələcəkdə daha da genişlənəcək.

Kaliforniya ştat senatoru Coş Nyuman ADR-in 100 illiyinə həsr olunan bu əlamətdar yubiley mərasimində iştirakdan şərəf duyduğunu bildirərək, Azərbaycan xalqını və Kaliforniyanın Azərbaycan icmasını təbrik edib. Nevada ştatının Las Veqas şəhərinin Protokol ofisinin rəhbəri Geyl Anderson bu tarixi gün münasibətilə Nevada ştatının qubernatoru Brayan Sandoval tərəfindən imzalanan təbrik bəyannaməsini təqdim edib.

Mən bir neçə dəfə Azərbaycanda olmuşam və ölkənizdəki daim artan inkişafı öz gözlərimlə görmüşəm. Dövlətiniz multikulturalizm və tolerantlıq ənənələrini qoruyur və daim yaşadır. Qeyd etməliyəm ki, Azərbaycan xalqı çox qonaqpərvərdir. Hamını bu bayram münasibəti ilə təbrik edirəm.

Tədbir Azərbaycan milli mahnıları və xalq rəqsləri ilə davam edib.