Siyasət

Antalya şəhərində AXC-nin 100 illik yubileyi münasibətilə tədbir keçirilib

25-05-2018 | 10:01        

  

Türkiyənin Antalya şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanla bağlı film nümayiş olunub. Ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Çingiz Qədimli və digərləri Cümhuriyyətin mövcud olduğu dövr ərzində qazanılan uğurlardan danışıblar. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, Qafqaz İslam Ordusunun rəşadəti, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası üçün yaranan tarixi imkanlardan bəhs olunub. Tədbir konsert proqramı ilə davam edib.