Rəsmi xronika

Prezident İlham Əliyev Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi L.Maltsevi qəbul edib

26-10-2011 | 16:37        

  

 

Prezident İlham Əliyev  oktyabrın 26-da Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsevi qəbul edib.  Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb. O , ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibəti ilə Belarus Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubuna ürəkdən qoşulduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkəmizin həyatında mühüm tarixi hadisə kimi qiymətləndirib.

 Görüşdə  Azərbaycanla Belarus arasında əməkdaşlıq məsələləri ətrafında mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarusun Dövlət başçısına çatdırmağı xahiş edib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR