Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

24-05-2018 | 11:14        

  

Ermənistanda siyasi böhran getdikcə dərinləşir. İndi də əhali yeni hökumətə qarşı çıxır. Aksiyaların geniş vüsət aldığını görən baş nazir etirazçıları sakitləşməyə çağırıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan etiraz aksiyaları keçirən vətəndaşlara müraciət edib. Onun sözlərinə görə, xalqın etimadını qazanmış hökumətə qarşı çıxmaq sabotajdır. “Bu andan bütün icazəsiz etiraz aksiyalarının dayandırılmasını tələb edirəm. Hökumətin bu çağırışına adekvat cavab verilməməsi mənim üçün anlaşılmazdır”, - deyə Paşinyan bildirib. Vətəndaşların isə aksiyaları dayandırmaq fikri yoxdur. Ermənistan mətbuatı yazır ki, yeni baş nazir onların etibarını doğrultamdı. Bu şəxs hakimiyyətə gələn andan səhv qərarlar verməklə məşğuldur. Hətta Paşinyan Serj Sarkisyan klanına satılmaqda ittiham olunur. Bu iddia ilə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan çıxıb edib. Onun sözlərinə görə, Nikol Paşinyan indiki prezident Armen Sarkisyanın Ermənistan vətəndaşlığına şübhə ilə yanaşır və Britaniya vətəndaşlığından çıxmasına dair sənədlərini ictimaiyyətə göstərməyi tələb edirdi. Baş nazir seçildikdən sonra isə onunla görüşən kimi fikrini dəyişdi. Paşinyan parlamentdə bəyan etdi ki, Armen Sarkisyanın vətəndaşlığı ilə bağlı sənədlər qaydasındadır və bunu öz gözləri ilə görüb. Sual yaranır: Armen Sarkisyan nəyə görə təkcə Paşinyana bu sənədləri göstərib?  Sabiq baş nazir daha bir həssas məqama toxunub. Paşinyan çox çətin bir məsələ barəsində də xalqa söz verib: 2008-ci il seçkilərində hökumətin mart qırğınının üstünü açmaq. İndi bu haqda heç danışmır da. Yeni baş nazirin təyinatları da qərəzlidir. O, İrəvan polisinin rəis müavini Valeri Osipyanı Ermənistan polisinə rəhbər təyin etdi. Siyasi şərhçi Sarkis Arsruni “First-in” saytına təqdim etdiyi məqalədə bunu ən uğursuz kadr təyinatı kimi dəfərləndirib: “Osipyanın təyinatı ilə bağlı Paşinyanın motivasiyası heç bir tənqidə sığmır. Bu məntiqlə “eyni barrikada arxasında olmaq üçün” bütün oliqarxları, saxtakarları şərəfləndirmək olar. Müəllif bildirir ki, Valeri Osipyan qəddarlığı ilə tanınır. O, hətta etiraz aksiyaları zamanı qadınlara qarşı yol vergiyi zorakılıq və işgəncələrlə ad çıxarıb. Bundan əlavə, o, 2008-ci ildə müxalifət lideri Levon Ter-Petrosyanın evinin qarşısında onu təhqir edən “muzdlu kütləni” koordinasiya etməklə yadda qalıb. Belə bir şəxsi yüksək vəzifəyə gətirmək Nikol Paşinyanın əsl simasını üzə çıxarır. Ona inanan kütlə artıq məyus olub”. Sitatın sonu.   Siravi vətəndaşlar isə bildirirlər ki, daha heç bir siyasətçiyə inamları qalmayıb. Çünki dəstək verdikləri şəxs də cinayətkar klanın yolu ilə getməyə başlayıb.