Digər

Kanadada “Ağdam – Qafqazın Xirosiması” adlı fotosərgi açılıb

26-10-2011 | 13:46        

  

 

Kanadada “Ağdam – Qafqazın Xirosiması” adlı fotosərgi açılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən fotosərgi Ottava Universitetində təşkil olunub. Tədbir Azərbaycan-Kanada Şurasının və Azərbaycanın Kanadadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasimdə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqlarında törədilən dağıntılar barədə qonaqlara ətraflı məlumat verilib. Sərgidə Azərbaycanın işğal olunan ərazilərində, xüsusilə də Ağdamda ermənilər tərəfindən mədəni irsimizin və tarixi abidələrimizin dağıdılmasını əks etdirən fotolar sərgilənib. Sərgidə “Ağdam – Qafqazın Xirosiması” adlı sənədli film də nümayiş etdirilib.