Siyasət

ADU-da Serb dili və mədəniyyət mərkəzi açılıb

22-05-2018 | 14:33        

  

Azərbaycan Dillər Universitetində “Serb dili və mədəniyyət mərkəzi” açılıb. Mərasimdə iştirak edən Serbiya Prezidenti Aleksandr Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomu təqdim edilib.

Azərbaycan Dillər Universitetinə gələn Serbiya Prezidenti Aleksandr Vuçiçə ali təhsil ocağı haqqında ətraflı məlumat verildi. Rektor Kamal Abdulla Azərbaycan və Serbiya arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyi vurğuladı. Sonra Azərbaycan Dillər Universitetində “Serbiya dili və mədəniyyəti mərkəzi”nin açılışı oldu. Serbiyanın tarixi, bu günü, mədəniyyəti və ədəbiyatına dair müxtəlif nəşrlər, o cümlədən bukletlər, kitablar, tanınmış şəxsiyyətlərin şəkilləri, əyani vəsaitlərin toplandığı mərkəz serb dili və ədəbiyyatını öyrənməyə imkan yaradacaq. Universitetin akt zalında keçirilən tədbir tələbələrin ifasında Serbiyanın Dövlət himninin səsləndirilməsi ilə başlandı. Kamal Abdulla bu yaxınlarda Belqrad Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açıldığını xatırlatdı. Bildirildi ki, dünyanın bir çox universitetlərində tədris edilən Azərbaycanın multikulturalizm fənninin   Belqrad Universitetində də keçirilməsi planlaşdırılır. Ali təhsil ocağının elmi şurasının qərarı ilə Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktor fəxri doktor diplomu və mantiya təqdim olundu. Prezident Aleksandr Vuçiç burada Serbiya dili və mədəniyyəti mərkəzi və Belqrad Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyətə başlamasının ölkələrimizin gəncləri arasında əlaqələrin genişlənməsinə töhfə olacağını vurğuladı. Azərbaycandan olan dostları ölkəsində görməyə şad olacağını deyən Ali qonaq tələbələrə gənclik dövrünü dillərin, mədəniyyətlərin öyrənilməsinə, biliklərinin artırılmasına sərf etməyi tövsiyyə etdi, uğurlar arzuladı. Sonra Prezident Aleksandr Vuçiç tələbələrin sullarını cavablandırdı.