Mədəniyyət

Dneprdə Azərbaycan Mədəniyyət Günü keçirilib

22-05-2018 | 13:36        

  

Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Günü keçirilib. 

 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ukrayanın Dnepr şəhərinin Sakura Açıq Dövlət Muzeyində Azərbaycan Mədəniyyət Günü təşkil olunub. Cümhuriyyətin tarixi nailiyyətlərindən danışan ölkəmizin Ukraynadakı səfiri  Azər  Xudiyev dövlət müstəqilliyimizin  qorunub saxlanılması və inkişaf etdirilməsində  ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırlatdı. Dnepropetrovsk Vilayət Admnistrasiyasının idarə rəisi  Oleksandr Rakşa və Dnepr şəhər merinin 1-ci müavini Oleksandr Şukalenko müstəqil dövlətimizin 100 illiyi münasibəti ilə xalqımızı təbrik etdi.

Digər çıxış edənlər də 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Demokratik Respublikasının ənənələrinin bu gün müasir müstəqil Azərbaycan tərəfindən uğurla davam etdirildiyini bildirdilər. Tədbir hər iki ölkənin mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı  ilə davam etdi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR