Siyasət

Serbiya Prezidenti Milli Məclisdə olub

22-05-2018 | 13:32        

  

Serbiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək. Bu sözləri ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclisdə olan Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Azərbaycan parlamentinə gələn Serbiya prezidenti Aleksandr Vuçiç əvvəlcə Milli Məclisin iclas zalı ilə tanış oldu. Dövlət başçısı millət vəkillərinin fəaliyyəti üçün yaradılan iş şəraitini yüksək qiymətləndirdi. Sonra ali qonaq parlamentdəki Heydər Əliyev xəritə zalına baxdı. Serbiya prezidentinə Azərbaycan parlamentinin formalaşması və xarici ölkə parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verildi. Ali qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazdı. İnanıram ki, bu səfər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yeni impuls verəcək. Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanla Serbiyanın müxtəlif sahələrdəki mövcud əməkdaşlığından geniş söz açdı. Parlamentlərarası münasibətləri də yüksək qiymətləndirən spiker beynəlxalq qurumlardakı əməkdaşlıqdan razılıq etdi. Bakıda olmaqdan məmnunluğunu ifadə edən Prezident Aleksandr Vuçiç Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu dedi. Əlavə etdi ki, ölkələrimizin ən yüksək səviyyədə münasibətlərinin möhkəmləndirilməsi üçün yaxşı imkanlar var və bu istiqamətdə də lazımı addımlar atılır. Azərbaycanın Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirdi. Vurğuladı ki, Serbiya da hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyəcək. Ali qonaq ölkəmizi uğurla reallaşdırdığı böyük layihələrə görə təbrik etdi.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR